02-07-2014 [11:00]
Eks-spiker, Açıq Cəmiyyət Partiyasının sabiq lideri Rəsul Quliyev Azərbaycanın görkəmli sərkərdəsi, Səfəvi dövlətinin banisi Şah İsmayıl Xətaidən danışıb.
R.Quliyev Şah İsmayıl Xətainin İran şahı olduğunu iddia edib. O, həmçinin Şah İsmayılı bölgədə şiə təriqətini yaymaqda suçlayıb: "Şah İsmayıl Xətaiyə gəldikdə, bəli, o tanınmış İran şahlarından biri olub. Əsas məqsədi şiəçiliyi inkişaf etdirməklə hakimiyyətini gücləndirmək olub. Ona görə də dünyada yaşayan 1 milyard 400 min müsəlmanın 1 milyard 100 milyonu şiəçilik ideyasının, başqa sözlə, Şah İsmayıl Xətainin əleyhinədir. Ondan 200 il sonra İranın Türk mənşəli, "Şərqin Napaleonu" adlandırılan, həm də minilliyin ən qüdrətli sərkərdələrindən biri olan Nadir şah da şiələrlə sünnilərin arasında müəyyən körpü yaratmaq, fundamentalizmdən uzaqlaşmaq istəyib, ancaq terrorla öldürüldüyündən işini başa çatdıra bilməyib".
Qeyd edək ki, Azərbaycan Səfəvi dövlətinin başçısı olan Şah İsmayıl Xətai 1487-ci ildə Cənubi Azərbaycanın Ərdəbil şəhərində anadan olub. O, 14 yaşında hakimiyyətə gələn, 14 ilə 14 eli birləşdirərək, vahid və indiyə qədər ən böyük Azərbaycan dövləti - Səfəvi dövlətini yaradan bir şəxsiyyətdir.
Məsələylə bağlı "Unikal"a açıqlama verənşərqşünas alim Vüsal HətəmovRəsul Quliyevin iddialarını alt-üst edib. Onun sözlərinə görə, eks-spiker bilmədiyi sahədən danışmasa, yaxşıdır: "Görünür, indi də Rəsul Quliyev dirilərlə bacarmadığı üçün keçib rəhmətliklərə. Əslində, Rəsul Quliyevin dedikləri əsassız sözlərdən başqa bir şey deyil. Şah İsmayılın İran şahı olmasına gəlincə, Rəsul Quliyevlər öz mirasımıza sahib çıxmayanda, əlbəttə ki, başqa dövlətlər ona sahib çıxacaq.Əslində, Şah İsmayıl türk olub, əsərlərini də türkcə yazıb, türk dili ilk dövlət dili kimi onun dövründə həyata keçib.Həmin dövlətin İran adı ilə adlanmasına gəlincə, burada da Rəsul Quliyev səhv iddia edir. Əslində, 21-ci əsrin əvvəllərinə qədər Şərqdə dövlətlər sülalə adı ilə tanınırdı. Şah İsmayılın da dövləti babalarının adı ilə - Şeyx Səfiyyəddinin adından götürülmüş "Səfəvi" adı ilə tanınırdı. Keçən əsrin əvvəlinə qədər isə həmin ərazi Qacarlar sülaləsinin adı ilə adlanırdı. Şah İsmayıla qədər öz dövründə türk dünyasına, İslam dünyasına xidmət edən kim olub?Qaldı ki, şiəliyin Şah İsmayıl tərəfindən inkişaf etdirilməsinə, bu Şah İsmayıldan qabaq baş verib. Hətta deyərdim ki, hülakilər dövründə baş verib.Şah İsmayıldan qabaq bu ərazinin böyük bir hissəsində şiə Qaraqoyunlular hökmranlıq edirdi".
Şərqşünas alim onu da bildirib ki, Şah İsmayılın sünni-şiə məsələsində roluna toxunan Rəsul bəy yenə də yanılır. "300 illik səfəvilər dönəmində, şimal regionumuzun, bundan başqa, indiki İran ərazisində bəzi regionların sünni olaraq qalması onu sübut edir ki, Şah İsmayıl sünni-şiə ixtilafından qaçan adam olub. Şah İsmayılın nə əsərlərində, nə də əməllərində şiə-sünni məsələsi qabardılmayıb. Çoxları qərəzli olaraq Şah İsmayılı Osmanlı sultanı Yavuz Səlimlə döyüşdə suçlayır, onu sünni-şiə ixtilafının banisi, təcavüzkar adlandırır.Diqqət edin, şiə Şah İsmayıl Yavuz Səlimin atası, Osmanlı sultanı sünni Bəyazidə ata deyirdi.Bəs nə oldu ki, Sultan Səlimlə döyüşdü? Sultan Səlim gizlin şəkildə, qəflətən Səfəvi ərazisinə 200 min (iki yüz min) qoşunla döyüşə gəlmişdi. Şah İsmayıl isə bundan xəbər tutduqda 30 000 (otuz min) nəfərlə onu qarşıladı. Budurmu Şah İsmayılın döyüşmək istəyi? İndi ağıllı adam kimin təcavüzkar olduğunu yaxşı başa düşər. Sultan Yavuz Səlim türk dünyasında qaniçən yavuz, canavar kimi tanınıb. Amma Şah İsmayıl isə həmişə müsbət şəxsiyyət kimi qarşılanıb.Sultan Səlim Anadolu tərəfdə 10 minlərlə şiəni (yalnız bir qırğın əməliyyatında 40 min şiəni qətlə yetirib) kütləvi şəkildə qırıb. Amma Şah İsmayıl barədə bunu heç kəs iddia edə bilməz. Sultan Səlim hakimiyyətdən ötrü atasını yataqda öldürdü, iki qardaşını öldürdü, əmisi oğlunu öldürdü.Amma Şah İsmayıl şəxsiyyəti üçün bunu kimsə deyə bilməz. Mənə elə gəlir ki, Rəsul bəy tarixi tarixçilərdən vərəqləsə yaxşı olar, türk ədəbiyyatçılarından yox", - deyə Vüsal Hətəmov fikrini tamamlayıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi