Hakan Fidan Rusiyaya gedir - Səfərin gündəliyi bəlli oldu
10-06-2024 [00:02]
Xarici işlər naziri Hakan Fidan bu gün Rusiyaya səfər edir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, sabahdan 111-dək Rusiyada səfərdə olacaq.
Nazir Fidan orada Rusiya rəsmiləri ilə görüşlər keçirəcək, bundan əlavə, BRİKS Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində Nijni Novqorodda keçiriləcək BRICS+ toplantısına qatılacaq.
Türkiyə mətbuatı yazır ki, görüşlərdə Qəzzadakı son vəziyyət, o cümlədən Ukrayna, Suriya, Liviya və Cənubi Qafqaz başda olmaqla regional və beynəlxalq problemlər müzakirə olunacaq: "Nazir Fidan Türkiyənin bölgəsində davam edən müharibənin ən qısa zamanda sülh yolu ilə sona çatacağına dair gözləntilərini və Türkiyənin bu istiqamətdə hər cür dəstəyi verməyə hazır olduğu mesajını təkrarlayacaq. Bundan əlavə, danışıqlarda iqtisadi və ticari əməkdaşlıq mühüm yer tutacaq. Tərəflər Prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin qarşıya qoyduğu 100 milyard dollarlıq ticarət həcmi hədəfinə çatmaq üçün birgə iş yolu ilə qarşılıqlı investisiyaları artırmaq səylərini davam etdirəcəklər".
Xatırladaq ki, iki ölkə arasında turizm türk və rus xalqları arasında qarşılıqlı əlaqənin ən mühüm kanallarından biri kimi tanınır. Türkiyəyə gələn rus turistlərin sayı 2023-cü ildə yüzdə 20 artaraq 6 milyon 313 min 675-ə çatıb.
Nazir Fidanın səfər zamanı Rusiyada bizneslə məşğul olan türk iş adamları ilə görüşü gözlənilir.
Onu da qeyd edək ki, BRICS+ toplantısında BRİKS üzvləri ilə yanaşı, 15 ölkə (Türkiyə, Bəhreyn, Banqladeş, Belarus, Əlcəzair, İndoneziya, Qazaxıstan, Kuba, Laos, Mavritaniya, Nigeriya, Tayland, Şri-Lanka, Venesuela və Vyetnam) rəsmiləri də iştirak edəcək.
Nazir Fidanın burada həmin ölkələrdın olan həmkarları ilə də təkbətək müzakirə aparacaq.
Firudin Səfərli
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi