Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
09-06-2024 [00:05]
Qoç - Haron və Tritonun münasibətləri günün ilk yarısında ətalət vəd edir. Təşəbbüslərinizin yarımçıq qalmasına imkan verməyin. Yaxın ətrafınızdakı insanların mövqeyi də tam aydın olmayacaq. Hadisələrin ərəfəsində yaranan siqnallara fikir verin. Yeni iş üçün əlverişli zamandır.
Günün ikinci yarısıda yeni xəbər, yeni təklif, yeni tanışlıqla qarşılaşa bilərsiniz. Faydasız məqsəd və fantaziyalardan qurtulun, yerinizdə saymayın, qəti qərar qəbul edin.
Yeni tapşırıq, iş və marağa can atın.
Buğa - Enselad və Umbrielin münasibətləri tələskənliyə yol verməməyə çağırır. Maraqlı xəbər və ya sizin üçün önəmli olan insanla əlaqələrdə nüansları qulaqardına vurmayın. Sürprizlər, işarələr, nişanələr günüdür.
Günün ikinci yarısında əhvalınız dəyişə bilər. Səhhətinizi, özünüzü qoruyun. Münaqişəli situasiyalar, ailədəki davalar, emosional insanlarla təmaslara aludə olmayın.
Axşam saatlarında fiziki işlə məşğul olun, yaşamda nizam yaradın.
Tez nəticə verəcək iş görün.
Əkizlər - Qanimed və Ledanın münasibətləri sakit gün vəd edir. Emosional problemlər işi üstələyəcək. Yaxın ətrafınızdakı insanları diqqətlə dinləyin, onların xətrinə dəyməməyə çalışın. Artıq başladığınız işi bitirin. Sizin üçnü mühüm situasiyanı dəyişməyə, mühüm olaya sərt müdaxilə etməyə çalışmayın.
Axşam saatlarında qəfil xəbər və ya çoxdan yığılıb qalan gərginlik əhvalınızı dəyişə bilər. Əlahiddə risk olmadan sakitləşməyə çalışın.
Axşam saatlarını evdə keçirin, uzaq yola çıxmayın.
Xərçəng - Fobos və Amalteyanın münasibətləri günün ilk yarısında cüzi çətinliklər vəd edir. Planlarınızı yenidən nəzərdən keçirin, fəaliyyətinizi tərəfdaş və ya şəriklə razılaşdırın. Səbirli, uzaqgörən olun, baş verənləri diqqətlə müşahidə edin. Müəyyən əsəbilik və gərginlik hiss oluna bilər.
Nahardan sonra aktivlik artacaq. Sizi işlərdə və ya münasibətlərdə mühüm dönüşə aparan spontan hadisə baş verə bilər. Aktiv olun, tez qərar qəbul edəcəyinizi istisna etməyin.
Görülən işə münasibətlərdə və ya sizinlə ümumi işi, planları olan insanlardan biri ilə əlaqələrdə dəyişiklik yarana bilər.
Şir - Ay və Deymosun münasibətləri günün ilk yarısında səylərin istənilən effekti verməyəcəyini bildirir. Təşəbbüslərdə kəmhövsələlik etməyin. Problem yaranarsa, onu aradan qaldırmaq üçün var qüvvənizlə çalışın.
Günün energetikası ikindi çağından sonra dəyişməyə başlayacaq. Hansısa mühüm dəyişikliklərin yaxınlaşmasını hiss edəcəksiniz. Görüş, yazışma və telefon danışıqlarının qayəsi də buna dəlalət edir.
İnformasiya ilə işləyin, alınan xəbər və təklifləri təhlil edin. Təkliflərlə bağlı illüziyalara qatılmayın. Maraqlandığınız ünsürü araşdırın.
Romantik olmayın, gəlir və mənfəət əldə etməyə çalışın.
Qız - Merkuri və İonun münasibətləri iş münasibətləri, tərəfdaş əlaqələrinə diqqət yetirməyi tələb edir. Gözlənilməz hadisənin baş verməsi, ciddi məsələnin çözülməsinə ehtiyac duyulması istisna deyil.
Çevik və qıvraq olun, mütəhərrik davranın, yaxın ətrafınızdakı insanları barışdırın. Bəzi problemləri yaranmamış həll etmək olar: yetər ki, sayıq davranasınız.
İntensivliyi azalan emosiyalar fonunda mübhəm hisslər coşa bilər. Lakin unutmayın ki, eşitdiyiniz və gördüklərinizin arasında birmənalı olmayan məqamlar var. Hadisələrin mürəkkəb qarışığı vaxtıdır. Qərar və dəyərləndirmələrdə tələsməyin.
Bəzi hadisələrə dərhal reaksiya verməli, bəzilərində isə olayların təbii inkişafını gözləməlisiniz.
Günün ikinci yarısı və axşam saatları sürprizlər vəd edir.
Təklif və ya xəbər olarsa, durum çətinləşə bilər. Aktiv mövqe tutun.
Tərəzi - Yer və Veneranın münasibətləri günün emosional gərginliyinə fikir verməməyi məsləhət görür. Bu gün ümidverici dəyişikliklər olacaq. İntuitiv olaraq cari fəaliyyət üçün daha aktual obyekt seçə bilərsiniz. Diqqəti biri ünsürdən başqasına yönəldəndə sayıq olun.
Hansısa iş və ya mövzu qəflətən cazibədarlığını itirərək arxa plana düşə bilər. İş yoldaşı, tərəfdaş və ya şərik sizə təzyiq, yaxud da təsir etməyə çalışacaq.
Planlar qurun, amma hələlik heç nə vəd etməyin. İş yerində qayda və nizam yaradın.
Daxili tarazlığı bərpa edin, fikrinizi cəmləyin.
Əqrəb - Yupiter və Marsın münasibətləri sizdən bu gün səbirli, təmkinli davranış istəyir. Hansısa məsələnin həlli təxirə düşərsə, narahat olmayın, tələsməyin. Xırda təsir bağışlasalar da, işlərin hamısını yerinə yetirin. Yaradıcı və orijinal olun. Prosesin planlarınıza uyğun davam etdiyinə əmin olmasanız, məqsəd və motivlərinizi açıqlamayın.
Mühüm olayı başa vurandan sonra yeni orientirləri müəyyənləşdirin.
Axşam saatlarında mütləq istirahət üçün vaxt tapın. Yorğunluq indi məsləhət deyil. Bir qədər aktiv olun. Məlumat axtarışı, ünsiyyətdə xeyir var.
Oxatan - Neptun və Uranın münasibətləri gərgin gün vəd edir. Təmaslarla əlaqələrdə sərtlik, dözülməzlik, tələbkarlıq hiss olunacaq. Sizdən işlərin dərhal yerinə yetirilməsini tələb edəcəklər. Planlar və niyyətlər dəyişə bilər.
Spontan hərəkət edin.
Axşam saatlarında tanımadığınız yerlərdə çox dolaşmayın.
Evdə sizi sürpriz gözləyir.
Gecə saatlarında yola çıxmayın.
Oğlaq - Pluton və Sereranın münasibətləri məqsədə tez çatmaq istəyinin yaxın ətrafınızdakı insanların gözləntiləri ilə uyğunlaşdırılmasını tələb edir.
İşdə rəhbərliyin, evdə valideynlərin dediklərini sakit dinləyin.
Ailə ierarxiyasında sizdən üstün yer tutan insan sizə öz mövqeyini və ya fəaliyyət planını təlqin etməyə çalışacaq.
Tələsməyin, yaşananlardan fayda əldə etməyə cəhd göstərin.
Şəxsi maraqlarınız fikrinizi dağıtmağa, əhvalınızı pozmamağa imkan verəcək.
Axşam saatlarını planlarınıza həsr edin, dincəlin.
Dolça - Erida və Makemakenin münasibətləri günün ilk yarısının sakit keçəcəyini vəd edir. Cari işləri başa vurun, borcları qaytarın. Sonra bu işlərə vaxt çatmaya bilər.
Günün ikinci yarısıda yeni xəbər alınacaq, yeni imkan yaranacaq. Hadisələr yeni vaxtda bir neçə istiqamətdə inkişaf edərsə, gərginlik və ya narahatlıq yarana bilər. İşlər arasından birini seçin, yaxın ətrafınızdakı insanların sizə mane olmasına imkan verməyin.
Ailədə, evdə yeniliklər ola bilər. Yaxınlarınıza diqqətli, qayğılı olun. Yardım və dəstək xahişlərini yerə salmayın.
Özünüzə vaxt sərf etməkdən utanmayın.
Balıqlar - Venera və Merkurinin münasibətləri əhvalınızın qarışıq olacağı günü vəd edir. Bir məsələdə mövqelərinizi möhkəmlədin, enerji itkisi və narazılığın yaranmaması üçün səy göstərin.
Şəxsi münasibətlərdə arzuolunmaz aşkarlıq və ya seçim məcburiyyəti yarana bilər. Tələsməyin, qəti addım atmazdan əvvəl nəticələr barədə düşünün.
Aldığınız təkliflərlə bağlı illüziyalara qapılmayın. Həyatınızda reallaşan ideyalarda rasional məzmun arayın. Maliyyə və ya vaxt çatışmazlığından yarımçıq qalmış işi davam etdirmək imkanı, yaxud da o işə qayıtmaq ehtiyacı yarana bilər.
Milli.Az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi