Ağcabədi rayon İcra Hakimiyyətindən reaksiya - Müavin danışdı

img

01-07-2014 [23:01]


Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əbülfət Tapdıqov Mia.az saytında yayımlanan "İcra başçısı mətbuat və şikayətçilərlə savaşa hazırlaşır” başlıqlı yazıya münasibət bildirib.

Ə.Tapdıqov deyib ki, sözügedən yazı ilə bağlı Mia.az-a qarşı məhkəmə iddiası qaldırmaq niyyətində deyillər: "Yazınızda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Azərbaycanda jurnalistlərin peşə fəaliyyətinə görə təqib olunması yolverilməzdir" fikrinə istinad etmisiniz. Sizinlə bu sahədə tamamilə həmfikirik. Eyni zamanda, bildiririk ki, bizim tərəfimizdən başqa bir saytla bağlı iddia cənab Prezidentin bəyanatından öncə qaldırılmışdır. Lakin istərdim ki, "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 10- cu maddəsinin tələblərinə əməl olunmasının vacibliyini də diqqətə çatdırım. 10–cu maddədə deyilir ki, "... mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan, şayiələr, yalan və qərəzli yazılar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədi ilə Kütləvi İnformasiya Vasitələrindən istifadə olunmasına yol verilmir”.

Mia.az olaraq, bəyan edirik ki, biz heç kimin və ləyaqətini alçaldan, şayiələr, yalan və qərəzli yazılar çap etdirmək, böhtan atmaqdan uzağıq və yalnız əldə etdiyimiz faktları işıqlandırırıq. Qarşı tərəfin mövqeyini dərc etməyə hər zaman hazırıq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA