Respublika Klinik Xəstəxanası hara köçürülür? - VİDEO (Yenilənib)
05-06-2024 [18:46]
Vətəndaşlara müasir standartlara uyğun tibbi xidmətin göstərilməsi məqsədilə Respublika Klinik Xəstəxanasının inzibati binasının uzun müddətdir istismar olunması səbəbindən əsaslı təmirə ehtiyacı yaranıb.
Mia.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, bu səbəbdən Xəstəxananın 6 terapevtik şöbəsinin müvəqqəti olaraq xəstəxananın inzibati binasından Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Hacıağa Dadaşov küçəsi 65 ünvanında yerləşən Modul tipli xəstəxanaya köçürülməsi həyata keçirilməkdədir:
"Məlumata əsasən, mərhələli təmir işləri ilə əlaqədar olaraq Xəstəxananın II korpusunda yerləşən Cərrahiyyə, Reanimasiya və Təcili tibbi yardım şöbələri birinci korpusa yerləşdirilir.
Sadalanan şöbələr bütün rayonlarının və Bakı şəhərinin əhalisinə təcili və təxirəsalınmaz tibbi xidmət göstərir. Bu səbəbdən də I korpusda (terapevtik) 8 əməliyyatxana olmaqla lazım olan bütün infrastruktur yaradılıb. Hal-hazırda gün ərzində 75-80 cərrahi əməliyyat icra olunur. Təkcə may ayı ərzində 1 212 cərrahi əməliyyat icra olunub.
Xəstəxananın I korpusunda yerləşən 6 şöbə (Endokrinologiya, Qastroenetologiya, Kardiologiya, Pulmonologiya, Nefrologiya, Nevrologiya) və Terapevtik reanimasiya bölməsinin məhz həmin ünvana köçürülməyinə əsas səbəb isə köçürüləcək xəstəxanada çarpayı sayının müraciət edəcək pasiyent sayını qəbul edə bilmə imkanına malik olmasıdır.
Görülən işlər qaydalara uyğun olaraq planlı şəkildə aidiyyəti qurumların nəzarəti altında həyata keçirilir.
Əlavə olaraq bildiririk ki, cari təmirə dayanan II korpusun (Cərrahi) müasir standartlara uyğun təmirindən sonra bütün zəruri infrastrukturlar yaradılacaq. 12 müasir əməliyyatxana, angioqrafiya, 80 çarpayılıq reanimasiya, təcili tibbi yardım, mərkəzi sterilizasiya, cərrahi şöbələr istifadəyə veriləcək. Belə olduğu təqdirdə gündəlik əməliyyatların sayı 100-120-yə çatdırılacaq. Ən son müasir avadanlıqlar ilə təchiz olunan cərrahi şöbələrdə açıq və endoskopik üsulla bütün növ cərrahi əməliyyatlar icra olunacaq. Görülən bütün işlər əhaliyə müasir standartlara uyğun olaraq yüksək səviyyədə tibbi xidmətin göstərilməsi üçün nəzərdə tutulub".
***
Respublika Klinik Xəstəxanası köçürülür.
Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.
Bəs məsələ nə dərəcədə həqiqəti əks etdirir və köçürülmə prosesi nə vaxt başlayacaq?
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov Nərimanov Tibb Mərkəzindən sonra, Respublika Klinik Xəstəxanasının da köçürüləcəyini təsdiqləyib. Onun sözlərinə görə, tibb müəssisəsində əsaslı təmirə ehtiyac var.
Vüqar Qurbanov həmçinin, dövlət tibb müəssisələrindəki həkimlərin vətəndaşlardan, poliklinikadan göndəriş gətirməsini tələb etmələri ilə bağlı məlumatlara də aydınlıq gətirib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi