Misir Mərdanovun polis rəisi olan qardaşı da mükafat aldı

img

01-07-2014 [18:47]


Bu gün prezident İlham Əliyevin sərəncamı ilə orden və medal alanlar arasında daxili işlər naziri Ramil Usubovun müavinləri Vilayət Eyvazovla yanaşı, bir sıra tanınmışş polis zabitləri də mükafatlandırıb.

 Mia.az xəbər verir ki, «Vətən uğrunda» medalı alanlar arasında Misir Mərdanovun qardaşı Əli Mərdanov da var.

 Xatırladaq ki, keçmiş təhsil naziri Misir Mərdanovun qardaşı Əli Mərdanov daxili işlər naziri, general-polkovnik Ramil Usubovun bu ilin fevral ayında imzaladığı müvafiq əmrilə Şabran Rayon Polis Şöbəsinin rəisi təyin edilib. O, bu vəzifəyədək Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz miqrasiyaya qarşı mübarizə idarəsinin rəisi işləyib.

 Qeyd edək ki, Misir Mərdanovun digər qardaşı İlham Mərdanov da Rabitə və Yüksək Texnologiyalar Nazirliyində aparat rəhbərinin müavini vəzifəsində çalışır.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA