Nəsimi rayonunda “Ailədaxili şiddət və onun fəsadları” mövzusunda tədbir keçirilib - FOTOLAR
04-06-2024 [12:12]
Nəsimi rayonunda “Ailədaxili şiddət və onun fəsadları” mövzusunda tədbir keçirilib.
Mia.az xəbər verir ki, tədbirdə Millət vəkili-Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, Nəsimi rayon İcra Hakimiyyətinin, Nəsimi rayon Məhkəməsinin, Nəsimi rayon Prokurorluğunun, Nəsimi rayon Polis İdarəsinin, Nəsimi rayon İcra Şöbəsinin məsul əməkdaşları, Nəsimi Bələdiyyəsinin, rayon Ağsaqallar Şurasının, rayon İctima Şuranın üzvləri, ali təhsil müəssisələrinin tələbə gənclər təşkilatının sədrləri və rayon ərazisində yaşayan ailələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə Nəsimi rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov açaraq tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə Möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi dövlət ailə siyasəti artıq milli strategiya kimin formalaşmaqdadır. Bu siyasətin davamı olaraq son illərdə ölkə Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın ailə, qadın və uşaq məsələlərinə diqqəti bu sahəyə daha artıq qayğının artmasına səbəb olmuşdur. Bir çox dövlət proqramlarında zorakılıqla mübarizə məsələləri öz əksini tapmışdır ki, bu da Cənab Prezidentin bu problemə necə həssaslıqla yanaşdığını göstərir. Məişət zorakılığının qarşısının alınması insanların təhlükəsizliyinin təmin olunmasında böyük əhəmiyyət kəsb edir.
Millət vəkili-Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxış edərək bildirdi ki, Azərbaycanda insan hüquqları, xüsusilə də qadın hüquqlarının müdafiəsi istiqamətində sistemli siyasət həyata keçirilir. Bu qanunvericilikdə də öz əksini tapıb. Baş verən məişət zorakılığı hadisələrinə diqqətin artırılması məqsədilə ölkəmizdə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun qəbul olunması dövlətin bu məsələyə verdiyi böyük önəmin bariz nümunəsidir. Eyni zamanda, məişət zorakılığının qarşısının alınması haqqında qanunun icrasında müvafiq qurumlar qarşısında qoyulmuş vəzifələr və bununla bağlı görülmüş işlər barədə məlumat verib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova çıxış edərək, məişət zorakılığının qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin görülməsinin zəruriliyindən danışdı. O, bu istiqamətdə bələdiyyənin imkanlarından istifadə olunmasının vacibliyini vurğulamış, layihə haqqında məlumat verərək bildirdi ki, məişət zorakılığı ilə mübarizə çərçivəsində risk qrupuna daxil olan ailələrin aşkar edilməsi, onlarla profilaktik iş aparılması və zorakılıq qurbanlarına zəruri psixoloji və hüquqi dəstəyin göstərilməsi məqsədilə Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair Komissiyalar fəaliyyətə başlamışdır. Məişət zorakılığına məruz qalan, həmçinin bənzər hallara şahid olan, lakin aidiyyəti qurumlara vaxtında müraciət etməkdən çəkinən vətəndaşlar yaşadıqları ərazi üzrə bələdiyyənin inzibati binasına yaxınlaşaraq öz şikayətlərini məktub şəklində həmin qutuya daxil edirlər. Daxil olan müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsində bələdiyyələrin nəzdində yaradılmış komissiyalar rayon İcra Hakimiyyətlərində fəaliyyət göstərən Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupları, həmçinin hüquq-mühafizə orqanları ilə birgə iş aparır.
Digər çıxışçılar da bildirdilər ki, statistika və sorğular onu göstərir ki, dünyanın bir çox ölkələrində zorakılıq və xüsusən də gender əsaslı zorakılıqlar hələ də davam etməkdədir. Məişət şəraitində qadın və uşaqlara qarşı zorakılıq ilk növbədə insan hüquqlarının təminatına təhlükə yaradır.
Daha sonra ailədaxili şiddət ilə bağlı Nəsimi Rayon Bələdiyyəsinin və Nəsimi rayon İcra Hakimiyyətinin birgə hazırlardığı qısametrajlı video rolik nümayiş edilmişdir.
Tədbirin sonunda məişət zorakılığı ilə bağlı tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi