İcra başçısı polislərə fəxri fərman və mükafatlar verdi - FOTOLAR

img

01-07-2014 [17:53]


İyulun 2-si Polis işçilərinin peşə bayramı günü münasibəti ilə  bu gün Qaradağ Rayon İcra Hakimiyyətində tədbir keçirilib.


Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov 2 iyul – Polis işçilərinin peşə bayramı münasibəti ilə bütün polis işçilərini təbrik edib. 

İcra başçısı deyib ki, Azərbaycan Polisinin uzun, tarixi və şərəfli bir yol keçmiş, Daxili İşlər Orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin müstəsna rolu olub: "Bu gün də Hörmətli Prezidentimiz İlham Əliyev də polis işçilərinə həmişə diqqət və qayğıkeşliklə yanaşır. Bunun nəticəsidir ki, polis əməkdaşlarının əmək haqları xeyli artırılıb, şəxsi heyətin məişət şəraiti əsaslı şəkildə yaxşılaşdırılıb. Bu da polislərimizdə məsuliyyət hissini artırır, daha yaxşı xidmət göstərmək həvəslərini yüksəldir".

Tədbirin sonunda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tərəfindən bir neçə polis işçisinə fəxri fərmanlar və hədiyyələr təqdim olunub.





















Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA