Prezident İlham Əliyev sərəncam verdi-DƏYİŞİKLİK

img

01-07-2014 [16:28]


 Prezident İlham Əliyev  bu gün daha bir sərəncam imzalayıb.

MİA-xəbər verir ki, İlham Əliyev "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”nın təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanununda dəyişiklik edilməsi barədə qanunun təsdiq edilməsi haqqında sərəncam imzalayıb.


Dəyişikliyə əsasən, "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” təsis edilib. "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” haqqında Əsasnamə və medalın təsviri təsdiq edilib.

Əsasnamədə qeyd olunur ki, "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” ilə Azərbaycan Respublikasının vətəndaşları və əcnəbilər ildə bir dəfə mühüm fundamental və tətbiqi elmi nəticələrə, əsərlərə, kəşflərə, ixtiralara, habelə elmin inkişafında xüsusi xidmətlərə görə sağlığında təltif edilirlər.

Göstərilən xidmətlərinə görə Azərbaycan Respublikasının digər orden və medalları ilə təltif edilmiş şəxslər eyni xidmətlərə görə "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” ilə təltif edilə bilməzlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA