Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat, şöbə müdiri direktor oldu

img

01-07-2014 [15:14]



Kənd Təsərrüfatı Nazirliyinin keçmiş şöbə müdiri Sabir Vəliyevə yeni vəzifə verilib. 

Məlumata görə, Nazirliyin Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin sabiq müdiri Sabir Vəliyev Tovuz Baltiya LTD-nin nəzdindəki Azərfrans şirkətinə baş direktor təyin edilib. 

Məlumatı Movqe.az-a Tovuz Baltiya LTD-dən də təsdiqləyiblər.

 Xatırladaq ki, Kənd Təsərrüfatı Nazirliyinin 17 mart 2014-cü il tarixli, 69k nömrəli əmri ilə Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Vəliyev Sabir Yadigar oğlu ilə bağlanmış əmək müqaviləsinə yaş həddi ilə əlaqədar xitam verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA