Azərbaycanda demoqrafiyanın inkişafı sahəsində Dövlət Proqramı hazırlanıb

img

01-07-2014 [15:12]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan "Azərbaycan Respublikasında əhali sakinliyinin və demoqrafiyanın inkişafı sahəsində Dövlət Proqramı”nın layihəsi Nazirliyin rəsmi www.mlspp.gov.az saytında yerləşdirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, saytın "Qanunvericilik” bölümündəki "Qanunvericilik layihələri” alt bölümündə layihə ilə tanış olmaq olar.

Layihə Azərbaycan prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsaslanaraq hazırlanıb. Layihədə ölkədə mövcud demoqrafik proseslərin təhlili əsasında bu sahənin 2025-ci ilədək dövr üçün inkişaf istiqamətləri, həyata keçiriləcək zəruri tədbirlər müəyyən olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA