Qubada idarə rəisi sərxoş oldu, polislər həbs etdi - QALMAQAL

img

01-07-2014 [12:47]


Qubada Gənclər və İdman Nazirliyinin gənclər üçün təşkil etdiyi tədbirdə qalmaqal yaşanıb. 

Quba rayon polis şöbəsindən verilən məlumata görə, tədbir Quba rayon mərkəzində baş tutub.

Tədbirdə iştirak edən Quba rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Mehtalayevlə polislər arasında insident baş verib. İnsident zamanı M.Mehtalayev polis əməkdaşları ilə dalaşıb. Polisin tənqidlərinə tabe olmayan Mustafa Mehtalayev bölməyə aparılıb. Bölmədə müəyəyn ediblər ki, saxlanılan şəxs sərxoşdur.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsilə inzibati qaydada qərar qəbul edilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, məsələ aydınlıq gətirmək üçün Mustafa müəllimlə əlaqə yaratmaq istədik. Lakin onun telefonu söndürülmüşdü. 

anspress.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA