Milli Qəhrəmanın qızı dövlət imtahanına buraxılmadı

img

01-07-2014 [11:14]


Odlar Yurdu Universitetində təhsil alan Milli Qəhrəman İsgəndər Aznaurovun qızı Adolat Aznaurova dövlət imtahanına buraxılmayıb.

Məsələ ilə bağlı "Qafqazinfo"ya müraciət edən Adolat Aznaurova bildirib ki, imtahana buraxılmamasının səbəbi illik ödənişin ödənilməməsidir: "Mən Odlar Yurdu Universitetinə Azərbaycan Beynəlxalq Universitetindən köçürülmüşəm. ABU bağlanmamışdan öncə həmin universitetdə son kurs üzrə təhsil almış, təhsil haqqını ödəmiş və buraxılış imtahanlarını vermişdim. Lakin ABU-nun bağlanması nəticəsində diplom almaq üçün Odlar Yurdu Univeristetinə köçürüldüm. Təhsilimi davam etdirdiyim müddətdə yenidən mənə təhsil haqqı kimi 2000 AZN ödəməli olduğumu bildirdilər. Dəfələrlə Odlar Yurdu Univesitetinin rektoru, millət vəkili Əhməd Vəliyevə şəhid Milli Qəhrəman ailəsi oduğumuzu nəzərə alıb ödənişin ödənilməsində güzəşt edilməsi barədə müraciət etmişik və bir neçə dəfə qəbulunda da olmuşuq. İlk olaraq bu ödənişlə bağlı güzəşt ediləcəyini bildirsələr də, hazırda bu pulu ödəmədiyim üçün məni dövlət imtahanlarına buraxmadılar. Prezidentimizin şəhid Milli Qəhrəman ailələrinə güzəştlər edilməsi ilə bağlı verdiyi xüsusi tapşırıqlar hələ də təhsil sahəsində öz əksini tapmır."

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA