Ziya Məmmədov Bakıya 500 ədəd yeni “London taksi”si gətirir

img

01-07-2014 [11:12]


2015-ci ilə kimi Azərbaycana 500 Taksi TX4 markalı (London taksisi) nəqliyyat vasitələri gətiriləcək.

Bunu "APA-Economics”ə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəisi Namiq Həsənov bildirib.

O, deyib ki, gələn il Azərbaycanda keçirilməsi nəzərdə tutulan beynəlxalq yarışlarla əlaqədar ölkəyə iritutumlu avtobuslar, o cümlədən taksilər gətiriləcək.

"Hazırda Türkiyə, Cənubi Koreya, Almaniya və başqa ölkələrlə bu istiqamətdə danışıqlar aparılır”, - deyə o, əlavə edib.

Qeyd edək ki, son 5 il ərzində Azərbaycana ümumilikdə 1 850 ədəd yeni taksi gətirilib ki, onlardan 1 000-i "London taksi”sidir. Avtomobillərin sifarişçisi qismində "Baki Taxi” MMC şirkəti çıxış edir. Yeni taksi maşınları Böyük Britaniyanın "Manganese Bronze” şirkətindən alınır.

Taksilər Çinin "Geely Automobile Holding”i tərəfindən istehsal olunaraq "Manganese Bronze” şirkətinə göndərilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA