Zərdüşt Əlizadə İsa Qəmbərlə Arif Hacılıya qapı açıldığını iddia edir: "Parlamentin üzvlərinin bir hissəsi artıq yağlanıb" - MÜSAHİBƏ
24-05-2024 [09:46]
Politoloq Zərdüşt Əlizadə “AzPolitika”-ya müsahibəsində İranda ölkə başçısının ölümü ilə nəticələnən məlum helikopter qəzası, Azərbaycanla Ermənistan arasında davam edən sülh danışıqlarının perspektivləri və qarşıdakı parlament seçkiləri ilə bağlı sualları cavablandırıb.
Mia.az həmin müsahibıni təqdim edir:
– Zərdüşt bəy, İran Prezidenti İbrahim Rəisi və digər dövlət rəsmilərinin ölümü ilə nəticələnən məlum helikopter qəzası ətrafında geniş diskussiya gedir. Bir çox ekspertlər hadisənin adi qəza deyil, daha çox ölkə daxilindəki siyasi intriqalardan dolayı sui-qəsd olduğunu deyirlər. Bu günlərdə İranın Prezident Aparatı rəhbərinin müsahibəsi yayılıb, onun dedikləri də sui-qəsd nəzəriyyələrini gücləndirir. Sizin bu barədə mülahizəniz nədən ibarətdir?
– Mən hesab edirəm ki, bu, adi bir qəzadır. Aviasiya tarixinə baxsaq görərik ki, indiyə qədər saysız-hesabsız təyyarə və helikopter qəzaları baş verib. Bütün qəzaların hamısında sui-qəsd ehtimalı axtarmağa ehtiyac yoxdur. Baxın, təyyarə və helikopter bir-brindən fərqlənən hava nəqliyyat vasitələridir. Təyyarənin gövdəsi və qanadları olduğu üçün havada sürüşmə qabiliyyətinə sahibdir. Əgər təyyarənin pilotu bacarıqlıdırsa, qəza zamanı o, hava gəmisini gölə, şoseyə və ya istənilən düzən bir əraziyə endirə bilər. Yəni təyyarənin təhlükəsizlik zəmanəti var. Helikopterdə belə bir zəmanət yoxdur, təkcə pərdən asılıdır. Pərə nəsə olanda daş kimi düşür aşağı. Qəza yerindən yayılan fotolardan məlum olur ki, helikopter düşməyib, birbaşa dağa çırpılıb. Ərazidə güclü duman olub. Türkiyənin “AKINCI” PUA-sından qeydə alınan görüntülərə baxsaq görərik ki, helikopterin qalıqlarını dumanlı hava şəraitində axtarır. Digər tərəfdən, bu helikopter xeyli köhnə olub.
– Bəs prezidentin köhnə helikopterə mindirilməsi, bu cür marşrutun seçilməsi hansısa şübhələr yaratmırmı? Həmin ərazidən Təbrizə cəmi 160 kilometr yoldur. Hər halda, avtomobillə də getmək olardı…
– Bu, xeyli vaxt aparardı. Ən azından iki saatlıq yol deməkdir…
– Sizcə, bu hadisə İranın daxili siyasi vəziyyətinə necə təsir edəcək?
– İranda sabit, amma bir o qədər də mürəkkəb siyasi sistem var. İranda bir-birini tarazlayan müxtəlif qüvvələr, qurumlar sonda ölkənin Ali dini liderinə tabedirlər. İranda Vilayəti- Fəqih adlı bir qurum yaradıblar. Burada xalq demokratik şəkildə prezidenti seçir, amma onların seçdiyi şəxsin başında “layiqlilər” deyilənlər dayanır. Həmin layiqlilər isə din xadimlərindən ibarətdir. Bu baxımdan ölkənin Ali rəhbəri Seyyid Əli Xamenei və onun ətrafı cəmiyyəti və onun seçdiyi şəxsi daim təzyiq altında saxlayır. Baş verən problemləri də yuxarıda öz aralarında həll edirlər.
– Amma ötən il İranda yüzlərlə insanın ölümünə səbəb olan kütləvi etiraz aksiyalarını gördük. Bu hadisələrə hazırda davam edən ağır sosial-iqtisadi böhran da təsir etdi. İndiki hadisələr fonunda etirazlar yenidən baş qaldıra bilərmi?
– Rejim 1979-cu ildən bəri artıq 45 ildir ki, möhkəm dayanıb. Bütün bu dövrdəki sanksiyalara baxmayaraq, İran yaşayır. Yəməndə, Suriyada, Livanda onun müttəfiqləri hakimiyyətdədir. Çin və Rusiya ilə yaxın münasibətlər qurub.
– İranda iyun ayının 28-də növbədənkənar prezident seçkiləri olacaq. Sizcə, növbəti prezident kim ola bilər?
– İlk növbədə onu qeyd edim ki, İranda prezidentliyə namizədlərin sayı çox olur. Bir də görürsən 60 namizəd ortaya çıxır, aralarında pinəçi, rəqqas, müğənni, işsiz, təqaüdçü, bir sözlə hər kateqoriyadan adam olur. Əvvəlcə prezindentliyə yararsız şəxsləri təmizləyir, ortada 5-6 nəfər ciddi adam saxlayırlar. Xalqa da deyirlər ki, “seçin, bunlar ağıllı adamlardır”. Bir də görürsən ki, gözlənilmədən kimsə qalib gəlir və prezident olur. Yəni, İranda dini çərçivədə demokratiya işləyir.
– Belə nəticəyə gəlmək olar ki, mayın 19-na qədərki İranla bundan sonrakı İran arasında fərq olmayacaq, siyasi sistem qaldığı yerdən davam edəcək.
– Bəli. İranda dövlət başçısı ölməyib, icra hakimiyyətinin başçısı həlak olub.
– Zərdüşt bəy, qayıdaq daxilə. Ermənistanla Azərbaycan arasında sərhədlərin dəqiqləşdirilməsi və sülh prosesi davam edir. Ötən gün Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, sülh danışıqlarının Almatı prinsipləri üzrə aparılması ilə bağlı yekun razılıq yoxdur. Yəni, sərhədlərin bir hissəsi bu prinsiplər əsasında təsdiqlənib, dəqiqləşdirilib. Növbəti mərhələdə də proses Almatı bəyannaməsinə əsaslanacaq?
– Əlbəttə.
– Amma keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib ki, bu, mümkün deyil…
– Tofiq bəyi yaxşı tanıyıram, bir yerdə işləmişik. Ermənistan SSRİ-yə daxil olanda ərazisi 9 min kvadrat kilometr idi, amma Azərbaycan ərazilərinin hesabına 3 dəfə böyüyüb 29 min kvadrat kilomter oldu. Tofiq bəy də deyir ki, bu necə oldu? Bunu izah edin. Deyirlər “bizmdir”. Tofiq bəy də onları deyir ki, Zəngəzur və Göyçə gölü bizim olub, bizdən alıb sizə veriblər. Yəni onlara mesaj verir ki, bu ərazilər sizə verilib və artıq Azərbaycandan gözünüzü çəkin.
– Yəni ki, bu, rəsmi siyasəstdə təzahür etməyəcək?
– Yox. Tofiq bəy hazırda təqaüddə olan diplomatdır. Bunu Ceyhun Bayramov, Hikmət Hacıyev desəydi, onda başqa məsələ.
– Simonyan həm də deyir ki, indi Almatı prinsiplərini sülh müqaviləsinə salmağı razılaşdıra bilmirlər.
– Razılaşdıra bimirlər ona görə ki, ermənilər çox fürsətləri əldən veriblər. 1997-ci ildə Levon Ter-Petrosyan deyirdi ki, “indi bizim imkanlarımız genişdir, gəlin bundan istifadə edək. Sabah vəziyyət dəyişəcək və indi rədd etdiyimiz şərtləri biz xahiş etsək də, verməyəcəklər”. 2020-ci ilə qədər Azərbaycan deyirdi ki, Qarabağın erməni sakinlərinə ən yüksək muxtariyyət veririk. Deyirdilər “yox!”. Vurduq! 10 noyabr sazişindən sonra Azərbaycan dedi ki, ordunu Qarabağ ərazisindən çıxar. Dedilər “çıxarmırıq”. Yenə vurduq. 10 min hərbçi var idi, paltarlarını yandırıb, basdırıb, mülki camaata qoşulub aradan çıxdılar. İndi də qışqırırlar ki, etnik təmizləmə var. Dedik getməyin, qalın, amma getdilər. İndi deyirik, gəlin, sərhədləri demarkasiya edək, Zəngəzur yolunu açaq, onu da istəmirlər. Qərbin məsləhəti, müəyyən qədər təzyiqi ilə Almatı sazişi əsas götürüldü. İlk addım Qazaxda oldu, o biri ərazilər də hissə-hissə razılaşdırılacaq.
– Bu payıza qədər çərçivə sazişi mümkündürmü?
– Tərəflər COP29-a qədər razılığa gələ bilsələr, həm Azərbaycana, həm də Ermənistana xeyirdir. Ümumiyyətlə, sülh hər iki xalqın xeyrinədir. Türkiyə də sülh sazişinin imzalanmasını istəyir. Çünki Avropa tərəfindən ermənilərin guya etnik təmizləməyə məruz qaldıqlarına dair təzyiqlər var. Ermənilər sadəcə, alətdir. Biz də, Türkiyə də istəyir ki, onlar alət olmasın.
– Ötən həftə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ABŞ-yə səfər etdi və yüksək vəzifəli şəxslərlə görüş keçirib ikitərəfli münasibətləri, regionda vəziyyəti və Ermənistanla davam edən sülh prosesini müzakirə etdi. İndiki gərgin dönəmdə bu səfərin əhəmiyyəti nədən ibarətdir?
– ABŞ-nin dünyadakı bütün proseslərə təsir imkanları var. Azərbaycanın da ABŞ ilə münasibətlərə ehtiyacı var. Təbii ki, elə münasibət quramlıyqı ki, bizim daxili işlərimizə heç kim qarışa bilməsin. Bizə düşmənçilik lazım deyil…
– Qarşıdan gələn parlament seçkilərindən nə gözləyirsiniz?
– Parlamentin üzvlərinin bir hissəsi artıq piylənmiş, yağlanmış müxalif partiya sədrləridir. Onların müəyyən hissəsini dəyişəcəklər.
– Bəs yaşlı deputatlar?
– Bəli. Deputat olmaq istəyən o qədər cavan uşaq var ki…
-İsa Qəmbər yenidən Müsavat partiyasının başqanı seçildi. Müsavat seçkilərə qatılarsa, hansısa uğur qazanacağına inanırsınız?
– İsa Qəmbərin və Arif Hacılının şansları var. Sübut etdilər ki, inanılası insanlardırlar.
Prezident Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub
İordan çayının Qərb Sahilində əməliyyat: 40 fələstinli saxlanılıb
Prezident İlham Əliyev Xankəndidə - FOTOLAR (Yenilənib)
Zelenski: "Putin bu zərbələrlə müharibəni dayandırmaq istəmədiyini bir daha sübut edib"
Tramp qubernatoru ABŞ-ın Qrenlandiya üzrə xüsusi nümayəndəsi təyin etdi - Qarşı tərəf etiraz bəyanatı verdi
Azercell-in dəstəyi ilə növbəti Uşaq Paralimpiya Oyunları keçirilib
Deputatlar bu tarixdə toplanacaq
Sabah bəzi yerlərdə yağış yağacaq
Enerji Effektivliyi İnformasiya Sistemi yaradılacaq - Deputatlar yeni qanunu təsdiqləyib
MƏHKƏMƏ HAKİMLƏRİ BARƏDƏ YENİ QANUN QƏBUL OLUNDU
Müəllimlərin işə qəbulu imtahanı: ikinci mərhələ pullu olacaq - Yeni qanun qəbul edildi
"Amazon" Şimali Koreyalıdann olan "işçilər"ə "yox" dedi - 1800 agentin müraciət geri qaytarılıb
ABŞ-la sərhəddə təyyarə qəzaya uğradı - 5 nəfər ölüb
Tokayev İlham Əliyevə məktub göndərdi: "Qazaxıstanda Sizi görkəmli, müasir dövlət xadimi, qlobal miqyaslı təcrübəli və..."
Nizami Tibb Mərkəzinə direktor təyin edilib
Rəsmi Moskva: "Rusiya ilə NATO arasında münaqişə riski var"
DİN: "Hər kəsi məsuliyyətli davranışı ilə örnək olmağa çağırırıq"
Azərbaycan nefti 1.5 dollar bahalaşdı
"Fitch" Ukraynanın kredit reytinqini yüksəltdi
Madurodan tankerlərinə "əl qoyan" ABŞ-a növbəti etiraz: "Bu, müharibə silahına çevrilə bilməz"
Qalmaqallı iş adamının oğlu rəis vəzifəsindən çıxarıldı
Ankarada küçəyə dahi Üzeyir Hacıbəylinin adı verilib
Xəzər dənizində zəlzələ olub - 4,8 maqnitudada
2000-ci illərin ən məşhur uşaq aktyoru indi bomja çevrilib - FOTOLAR
Prokurorluq: "Okan Buruk istintaqa çağırılmayıb"
"Qalatasaray" 32 yaşı futbolçu ilə müqaviləni yeniləyir
İstanbulun məşhur əyləncə məkanlarının sahibi qandallandı - Aktrisanın əri ağır itthamla üz-üzədir
"Akasya Durağı"nın "Leyla"sı belə dəyişib - FOTOLAR
"Kurtlar Vadisi Pusu"nun aktrisası narkotik iddiasını rədd etdi: "O evdə cəmi bir dəfə olmuşam..."
ŞDQ Türkiyəyə meydan oxuyur? - Hakan Fidan Suriyada çıxış edərkən kürd silahlıları orduya hücum edib
Türkiyədə daha bir məşhur jurnalist saxlanıldı - Narkotik şübhəsiylə
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsrail Qəzzaya 26.000 yardım maşınını buraxmayıb - 73 gün ərzində
İrakli Kobaxidzedən Əliyevə məktub: "İcazə verin, bu əlamətdar gündə Sizə öz dərin ehtiramımı ifadə edim"
Kənan Zeynalova ölkədən çıxışa qadağa qoyulub - Rəqib şirkətlər arasında məhkəmə qalmaqalı
Məhkəmə hakimi qəzada öldü - Şəhid qızı imiş
"Fənərbağça" məşhur oyunçunu satışa çıxarıb