SABİQ NAZİRLƏ ŞÖBƏ RƏİSİ HAKİM QARŞISINDA: "Bu göstərişi Səhhət Həbibbəyli verib, ay ərzində bəzən..." - "Nazirə təxminən 3-3,5 milyon manat vermişəm"
23-05-2024 [16:25]
Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin Tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə novbəti məhkəmə prosesi keçirilib.
Mia.az Report-a istinadla xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə zərərçəkən tərəfin nümayəndəsi iştirak etməyib.
Hakim təqsirləndirilən şəxs Rafael Əliyevdən ödənişlərin ödənilməsi ilə bağlı münasibətini öyrənib. O bildirib ki, vəsaitin müəyyən hissəsi ödənilib və proses davam edir.
Daha sonra məhkəmədə şahidlərin ifadəsi dinlənilib. Onlar bildiriblər ki, pullar müvafiq adamlara verilib və bu göstərişi də onlara Gömrük Komitəsinin keçmiş sədri Səhhət Həbibbəyli verib: "Ay ərzində gömrük xətti ilə 200-250 min, bəzən 300-400 min manat pul yığılırdı. Şöbə müdirləri, post rəisləri kimi çalışan şəxslər aylıq 2000-3000 manat paket alırdılar. Hətta sərt disklərin məhv edilməsini də Səhhət Həbibbəyli bizə tapşırıb. Təxminən 20-30 sərt disk sabiq sədrin yaşamadığı evin həyətində doğranılıb. Bundan başqa, gömrük məntəqəsinə daxil olan avtomobillər tərəzilərə çıxarılırdı və hər birindən 20 manat alınırdı. İl ərzində təxminən 1-1,2 milyon manat pul yığılırdı".
Bundan sonra Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Xəzinədarlıq şöbəsinin müdiri Nurlan Hacıyev şahid kimi dindirilib. O, ifadəsində deyib ki, çalışdığı dövrdə dövlət büdcəsindən müəyyən şəxslərə köçürülən vəsaitlərin sənədləri çıxarılırdı və onlardan köçürülən vəsaitin 10 faizi alınırdı: "Bu tapşırığı maliyyə naziri Rafael Əliyev vermişdi. Hər ay 1000-1200 manat paket alırdım. Rafael Əliyevə də bu illər ərzində təxminən 3-3,5 milyon manat vermişəm".
R.Əliyev şahid N.Haciyevin ifadəsini təsdiqləyib, onun bütün proseslərdə iştirakını məhkəmədən xahiş edib.
Məhkəmə prosesi iyunun 11-i saat 11:30-da davam etdiriləcək.
MİA.AZ
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...