AGENTLİK SƏDRİNDƏN DİQQƏTÇƏKƏN TƏYİNATLAR: qohumu və sədr əvəzi yüksək postlara gətirilib
29-05-2024 [13:07]
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində daha bir təyinat olub.
Mia.az xəbər verir ki, Z.Mikayılov "Azərsu" ASC-də müavin olan Etibar Məmmədovla yanaşı, tələbə yoldaşı və qohumu Əsəd Şirinovu özünə müşavir götürüb.
Etibar Məmmədovun "Azərsu" sistemindəki gücü bəlli idi. Əslində, Z.Mikayılov onu kağız üzərində böyük, ancaq mahiyyətcə kiçik sayılan yeni vəzifəyə təyin etməklə, qurumdakı "təsir sistemi"ndən uzaqlaşdırıb. O da iddia olunur ki, Z.Mikayılov buradakı əsas işləri Əsəd Şirinovun vasitəsilə görür...
Əsəd Şirinova gəldikdə isə, onun haqda eyni sözü demək olmaz. Belə ki, Ə.Şirinov Z.Mikayılovla yaxın qohum (quda olduqları deyilir - Mia.az) olmaqla yanaşı, Türkiyədə Boğaçı universitetində oxuyublar: "Əsəd Şirinov 1999-2021-ci illərdə Coca-Cola şirkətində Qafqaz və Orta Asiya regionunda, ölkə və regional rəhbər vəzifəsində çalışıb. Düzdür, Şirinov 2021-ci ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində sədrin müşaviri işləyib. Ancaq indi o, daha geniş spektrə nüfuz etmək gücünə çatdırılıb...".
Mia.az-ın əldə etdiyi məlumata görə, agentlik sədri "Azərsu" ASC-nin yaxın vaxtlara qədər sədr əvəzi olan Köçərli Həsənova da etimad göstərib: "Köçərli Həsənov İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə rəhbər gətirilib. "Azərsu" ASC sədrinin digər müavinləri - Teyyub Cabbarov, Seymur Seyidov, İlqar Tağıyev haqqında isə qeyri-müəyyənlik davam edir. Böyük ehtimalla onlarla bərabər, bir çoxlarına etimad olmayacaq".
Mənbə onu da deyir ki, Z.Mikayılov digər qudas Fuad Quliyevi də aparata yüksək vəzifəyə gətirmək üzrədir.
Samir MUSAYEV
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi