TQDK kolleclərin və buraxılış imtahanlarının nəticələrini elan etdi

img

30-06-2014 [22:27]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 29 iyun tarixində keçirilmiş buraxılış imtahanlarının nəticələrini elan edib. İmtahanda iştirak etmiş şagirdlər imtahan nəticələri ilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə və TQDK-nın internet saytındahttps://www.e-gov.az/az/services/read/2641/1keçidinə daxil olmaqla tanış ola bilərlər.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Tovuz, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmazda həyata keçirilmişdi.
Bu imtahanlarda ümumi orta və tam orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vurmuş, lakin müxtəlif səbəblərə görə yekun attestasiyası aparılmamış, eləcə də eksternat qaydasında attestasiyada iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsi tərəfindən qərar qəbul edilmiş şagirdlər, əvvəlki illərdə keçirilmiş buraxılış imtahanlarında məqbul qiymət ala bilməmiş şagirdlər, həmçinin üzrlü səbəbdən 2014-cü ildə keçirilən buraxılış imtahanlarında iştirak edə bilməmiş cari ilin məzunu olan şagirdlər iştirak etmişdilər.

TQDK iyunun 29-da ümumi orta təhsil bazasında (9 illik ) orta ixtisas təhsili müəssisələrinə əvvəlki illərin məzunları üçün keçirilmiş qəbul imtahanının nəticələrini də elan edib.

Abituriyentlər imtahan nəticələri ilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə və ya TQDK-nın internet saytıhttps://www.e-gov.az/az/services/read/2641/1vasitəsilə tanış ola bilərlər.

Qeyd edək ki, ixtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər buraxılacaqlar. İxtisas seçimi iyulun 2-dən 10-dək həyata keçiriləcək. İxtisas seçimi ilə bağlı ətraflı məlumatları "Abituriyent” jurnalının 3-cü sayından əldə edə bilərsiniz.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA