Bakı-Tehran arasında son durum: Rəisinin ölümü nəyi dəyişə bilər? - TƏHLİL
21-05-2024 [14:43]
İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digərlərinin helikopter qəzasında həlak olması sonrası İran-Azərbaycan münasibətlərinin necə olacağı müzakirə edilir.
Təəssüf ki, erməni və bir sıra digər xarici media subyektləri məqsədyönlü şəkildə hadisə ilə bağlı əsassız iddialar səsləndirir, iki ölkə münasibətlərinə xələl gətirməyə çalışır. Prinsip etibarilə Azərbaycanın İranla heç bir problemi yoxdur. Rəsmi Bakı bu günə qədər İrana qarşı heç bir koalisiyaya qoşulmayıb, sanksiyalarda yer almayıb. Bakı ərazisini heç bir üçüncü ölkə üçün açıb, İrana təhdid yaradacaq addımlar atmayıb.
İki ölkə arasında müəyyən vaxtlarda gərginliklər baş verib. Bu isə daha çox qarşı tərəfin atdığı addımlar ilə əlaqəli olub. Lakin bununla belə Azərbaycan İranla münasibətlərdə hər zaman korrekt davranıb, balans siyasətinə diqqət edib. Bakının Tehrana baxış bucağı hər zaman mehriban qonşuluq prinsipləri əsasında əməkdaşlığa söykənib. Təsadüfi deyil ki, iki ölkə arasında siyasi münasibətlərin ən gərgin olduğu zaman belə iqtisadi münasibətlər dəyişməz olaraq qalıb.
Xüsusilə qeyd etmək lazımdır ki, azərbaycanlıların Naxçıvana quru yolu ilə gedişi məhz İran üzərindən gerçəkləşir. Naxçıvanın enerji təminatında da Tehranın payı mühümdür. Yəni bütün bunları nəzərə alıb demək olar ki, rəsmi Bakı ilə Tehran arasında siyasi münasibətlərdə bəzən gərginlik yaransa da iqtisadi münasibətlərdə dəyişiklik olmayıb.
Prinsip etibarilə İran-Azərbaycan münasibətləri son zamanlar yenidən normallaşma mərhələsinə qədəm qoyub. Misal üçün, ötən ilin yanvar ayında səfirlik binasına terror hücumundan sonra İran tərəfi ilə danışıqlar aparılırdı. Danışıqların əsas istiqamətlərindən biri səfirliyin təhlükəsizliyinə tam təminatın verilməsi məsələsi ətrafında olub.
Son bir neçə ay ərzində iki ölkənin rəsmi şəxsləri və aidiyyəti qurumları arasında təmaslar və danışıqlar çərçivəsində ölkəmizin gözləntiləri qarşı tərəfə çatdırılıb, səfirliyin daha təhlükəsiz və zəruri olan bütün tələblərə cavab verən yeni məkana köçürülməsi istiqamətində İran tərəfi ilə müvafiq iş aparılıb. Nəticədə səfirliyin yeni məkanı artıq müəyyən edilib. Hazırda qeyd edilən məkan və binada səfirlik üçün zəruri şəraitin yaradılması məqsədilə müvafiq tədbirlər görülür.
Mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının mərhum Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasiminin keçirilməsi onu deməyə əsas verir ki, ikitərəfli münasibətlərdə böhran aradan qalxıb. Prezidentlərin görüşləri sayəsində narahatlıq doğuran məqamlar da aradan qalxıb.
Azərbaycan qarşıdan gələn dövrdə də İranla ikitərəfli əlaqələri inkişaf etdirmək istiqamətində siyasət yürütməkdə maraqlıdır. Xüsusilə Prezident İlham Əliyevin “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində çıxışı zamanı dediyi “bölgənin inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin olunmalıdır. Qeyri-regional ölkələrin bizim işlərimizə müdaxiləsi qəbuledilməzdir” sözlər bunu bir daha təsdiqləyir. Yəni Bakı Tehranla münasibətlərini özü müəyyən edir və heç bir kənar təsirə, ya da təklifə açıq deyil.
Turan Rzayev
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi