30-06-2014 [22:13]
Bü gün Prezident İlham Əliyev
daha 11 sərəncam və fərman verib, bir sıra qanunları təsdiqləyib.
Mia.az həmin sənədləri ardıcıllıqla təqdim edir:
****
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 972-IVQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 972-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası
Prezidentinin aktlarının "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin
Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin
Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay
müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında”
Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
***
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü
maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, I kitab, maddə 584; 2001, №
1, maddə 24, № 3, maddə 139, № 7, maddə 455, № 11, maddələr 680, 698, № 12,
maddə 731; 2002, № 1, maddə 9, № 4, I kitab, maddə 165, № 5, maddələr 234, 237,
239, № 6, maddə 326, № 8, maddə 463, № 12, maddə 692; 2003, № 1, maddələr 3,
13, 23, № 4, maddələr 177, 178, № 5, maddə 228, № 6, maddələr 257, 276, 279, №
8, maddələr 407, 425, № 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713,
714; 2004, № 1, maddələr 6, 7, 10, 13, № 4, maddələr 200, 201, 204, № 5, maddələr
313, 314, 317, 321, № 6, maddə 397, № 8, maddələr 596, 597, № 10, maddələr 762,
779, № 11, maddə 900, № 12, maddə 973; 2005, № 1, maddələr 5, 6, № 2, maddə 61,
№ 4, maddələr 272, 273, 275, 278, № 6, maddələr 462, 466, № 7, maddə 576, № 8,
maddələr 691, 692, № 10, maddələr 875, 877, 904, № 11, maddələr 993, 994, 995,
№ 12, maddələr 1083, 1085; 2006, № 2, maddələr 64, 68, № 3, maddələr 219, 220,
223, 225, № 5, maddə 385, № 6, maddə 478, № 11, maddələr 923, 924, 932, № 12,
maddələr 1005, 1020, 1024; 2007, № 1, maddələr 3, 4, № 2, maddələr 65, 68, № 5,
maddələr 397, 398, 401, 440, № 6, maddələr 560, 561, 562, 579, № 8, maddə 757,
№ 10, maddələr 935, 936, 938, 940, № 11, maddələr 1048, 1049, 1053, 1070, 1077,
1080, 1089, 1091, № 12, maddələr 1195, 1211, 1217, 1218, 1221; 2008, № 2, maddə
47, № 3, maddələr 146, 152, 159, № 4, maddə 249, № 5, maddə 340, № 6, maddələr
454, 460, 461, 464, № 7, maddələr 601, 602, 605, № 8, maddələr, 699, 701, 711,
№ 10, maddələr 884, 885, № 11, maddələr 956, 957, № 12, maddələr 1045, 1047,
1049; 2009, № 2, maddələr 36, 45, 49, 52, 53, № 5, maddələr 309, 315, № 6, maddələr
404, 405, № 7, maddələr 517, 518, 519, № 8, maddə 611, № 12, maddələr 953, 954,
966, 971; 2010, № 2, maddələr 70, 71, № 3, maddələr 167, 171, 178, № 4, maddələr
275, 276, № 5, maddələr 379, 380, № 6, maddə 483, № 7, maddələr 577, 591, 594,
595, 598, 600, № 10, maddə 838, № 11, maddələr 936, 938, 949, № 12, maddə 1059;
2011, № 2, maddələr 70, 71, № 3, maddələr 162, 164, 167, 168, 170, № 4, maddələr
246, 254, № 6, maddələr 470, 479, 487, № 7, maddələr 596, 614, № 10, maddə 881,
№ 11, maddə 981, № 12, maddələr 1094, 1095, 1099, 1103, 1106; 2012, № 1, maddə
3, № 2, maddə 50, № 3, maddə 194, № 4, maddə 271, № 5, maddə 404, № 6, maddə
499, № 7, maddələr 649, 665, 667, № 9, maddə 843, № 11, maddələr 1046, 1047,
1055, 1064, 1069; 2013, № 1, maddələr 12, 13, 23, № 2, maddələr 90, 100, № 3,
maddələr 205, 218, 220, 225, № 4, maddələr 354, 361, № 5, maddələr 461, 473,
480, № 6, maddələr 601, 617, 627, 629, № 7, maddə 777, № 8, maddə 888, № 11,
maddələr 1287, 1294, 1300, 1304, 1311, № 12, maddələr 1471, 1480, 1496; 2014, №
1, maddə 2, № 2, maddələr 80, 91, 93, № 3, maddə 236; Azərbaycan Respublikasının
2014-cü il 4 mart tarixli 917-IVQD nömrəli qanunu) 101-ci maddəsində aşağıdakı
dəyişikliklər edilsin:
1. 101.2.3-cü maddə aşağıdakı redaksiyada verilsin:
"101.2.3. su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində
az miqdarda ziyan vurulmasına;
2. aşağıdakı məzmunda "Qeyd” hissəsi əlavə edilsin:
"Qeyd: Bu maddədə "az miqdarda” dedikdə, min manatadək olan məbləğ başa
düşülür.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
****
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü
maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2000, №4, II kitab, maddə 251, №5, maddə 323, №12, maddə 835; 2001,
№1, maddə 24, №7, maddə 455; 2002, №1, maddə 9, №5, maddələr 236, 248, 258, №6,
maddə 326, №8, maddə 465; 2003, №6, maddələr 276, 279, №8, maddələr 424, 425,
№12, I kitab, maddə 676; 2004, №1, maddə 10, №4, maddə 200, №5, maddə 321, №8,
maddə 598, №10, maddə 762, № 11, maddə 900; 2005, №1, maddə 3, №6, maddə 462,
№7, maddə 575, №10, maddə 904, №11, maddə 994; 2006, №2, maddələr 71, 72, 75,
№5, maddə 390, №12, maddələr 1008, 1020, 1028; 2007, №2, maddə 68, №5, maddə
398, №6, maddələr 560, 562, 579, №8, maddə 757, №10, maddələr 937, 941, №11,
maddələr 1049, 1080, 1090, №12, maddə 1221; 2008, №6, maddələr 454, 461, №7,
maddə 602, №10, maddə 884, №12, maddələr 1047, 1049; 2009, №5, maddə 315, №7,
maddə 517, №12, maddə 953; 2010, №2, maddə 70, №3, maddələr 171, 178, №4, maddələr
275, 276, №7, maddə 591; 2011, №4, maddə 253, №6, maddə 472, №7, maddələr 587,
601, 621, №11, maddə 980, №12, maddə 1093; 2012, №2, maddə 45, №3, maddələr
193, 196, №7, maddələr 666, 669, 673, №11, maddə 1068, №12, maddə 1223; 2013, №
1, maddə 14, № 2, maddə 102, № 4, maddə 364, № 5, maddələr 459, 479, 481, № 6,
maddələr 594, 600, № 11, maddələr 1264, 1286, 1312, № 12, maddə 1492; 2014, №
2, maddələr 89, 95; Azərbaycan Respublikasının 2014-cü il 14 mart tarixli
919-IVQD nömrəli qanunu) 189-1-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1. Maddənin adında "Təbii qazın,” sözlərindən sonra "suyun,” sözü əlavə
edilsin.
2. 189-1.1-ci maddədə "Təbii qaz,” sözlərindən sonra "su təchizatı,” sözləri əlavə
edilsin və "enerji resurslarının” sözləri "resursların” sözü ilə əvəz edilsin.
3. 189-1.3-cü və 189-1.4-cü maddələrdə "Təbii qaz,” sözlərindən sonra "su,”
sözü əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
****
"Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 970-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
19-cu bəndini rəhbər tutaraq, "Su təchizatı və tullantı suları haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan
Respublikasının 2014-cü il 30 may tarixli 970-IVQD nömrəli Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara
alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının "Su təchizatı və tullantı suları
haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”
Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç
ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. "Su təchizatı və tullantı suları haqqında” Azərbaycan
Respublikası Qanununun 23-cü maddəsinin 5-ci hissəsinə uyğun olaraq, su təsərrüfatı
pasportunun nümunəsini, tərtibi və razılaşdırılması qaydasını üç ay müddətində
Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
1.3. həmin Qanunun 12-ci maddəsinin "a” yarımbəndinə
uyğun olaraq, istehlakçıların məişət (təsərrüfat)-içməli, istehsalat və digər məqsədlər
üçün təmin edilməli olduqları suyun miqdarını müəyyən etsin;
1.4. beynəlxalq təcrübəni nəzərə almaqla, "Su təchizatı
və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun yeni layihəsini
dörd ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin;
1.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
normativ hüquqi aktlarının "Su təchizatı və tullantı suları haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.6. mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun
icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.7. həmin Qanundan irəli gələn digər məsələləri həll
etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli
aktların "Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat
versin.
3. Müəyyən edilsin ki, "Su təchizatı və tullantı
suları haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin "a” yarımbəndində
nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan
Respublikasının Nazirlər Kabineti həyata keçirir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
****
"Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər
tutaraq qərara alır:
"Su təchizatı və tullantı suları haqqında” Azərbaycan
Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2000, №1, maddə 2; 2007, №5, maddə 436; 2008, №5, maddə 348; 2009, №10, maddə
768; 2010, №5, maddə 374; 2011, №4, maddə 263; 2012, №6, maddə 505) aşağıdakı dəyişikliklər
edilsin:
1. 1-ci maddənin on ikinci abzasının sonunda nöqtə
işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda on üçüncü
abzas əlavə edilsin:
"su təsərrüfatı pasportu – əhali qrupuna aid olan istehlakçılar istisna
olmaqla, su təchizatı və kanalizasiya obyektinin fəaliyyət, istismar və texniki
xüsusiyyətlərindən asılı olaraq istifadə etdikləri (edəcəkləri) suyun,
kanalizasiya sistemlərinə axıdılan (axıdılacaq) tullantı sularının normativ həcmini
və tərkibindəki çirkləndirici maddələrin yol verilən qatılıq həddini müəyyənləşdirən
texniki sənəddir.”.
2. 2-ci maddədə
"əhalinin, müəssisə, idarə və təşkilatların” sözləri "istehlakçıların” sözü ilə
əvəz edilsin.
3. 12-ci
maddənin "a” yarımbəndində "lazımi miqdarda” sözləri çıxarılsın, "məqsədlər
üçün” sözlərindən sonra "müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilən miqdarda” sözləri əlavə edilsin.
4. 20-ci
maddənin 1-ci hissəsində "lazımi” sözü "bu Qanunun 12-ci maddəsinin "a” yarımbəndinə
uyğun olaraq müəyyən edilən” sözləri ilə əvəz edilsin.
5. 23-cü
maddə üzrə:
5.1. 2-ci
hissənin "a” yarımbəndinə "məlumatların” sözündən sonra ", habelə su təsərrüfatı
pasportunun” sözləri əlavə edilsin;
5.2. 5-ci
hissəyə "verilməsi” sözündən sonra ", habelə su təsərrüfatı pasportunun nümunəsi,
tərtibi və razılaşdırılması” sözləri əlavə edilsin.
6. 24-cü
maddənin 1-ci hissəsinin "c” yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül
işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda "d” yarımbəndi əlavə edilsin:
"d) su təsərrüfatı
pasportunun tərtib edilməsini.”.
7. 37-ci
maddənin 1-ci hissəsinin "a” yarımbəndinə "müraciət etməli” sözlərindən sonra
", habelə su təsərrüfatı pasportunu tərtib və təqdim etməli” sözləri əlavə
edilsin.
8. 38-ci
maddənin 1-ci hissəsinin "a” yarımbəndinin birinci cümləsinə "(layihəsini)”
sözündən sonra "və su təsərrüfatı pasportunu” sözləri, üçüncü cümləsində "təsdiqlənmiş
plana” sözlərindən sonra "və razılaşdırılmış su təsərrüfatı pasportuna” sözləri
əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
***
Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Ağstafa
rayonunda son illərdə tarixi abidələrin bərpası və qorunması, yeni mədəniyyət
obyektlərinin tikintisi sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilmiş, o
cümlədən Keşikçidağ Dövlət tarixi mədəniyyət qoruğu yaradılmış, Gənclər Mərkəzi,
Kitab Abidə Kompleksi, Yazıçılar evi inşa edilmiş, Səməd Vurğun, Tarixi və
müasir abidələr parkları salınmışdır.
Bu istiqamətdə
aparılan işlərin davam etdirilməsinin vacibliyini nəzərə alaraq, 1940-cı ildə şəhər
1 saylı məktəbin yardımçı binası kimi inşa edilmiş tikilidə fəaliyyət göstərən
200 şagird yerlik Uşaq Musiqi Məktəbinin yeni binasının tikintisi və 1950-ci
ildə istifadəyə verilmiş 250 tamaşaçı yerlik rayon Mədəniyyət evinin əsaslı təmiri
məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Ağstafa şəhərində
Uşaq Musiqi Məktəbinin yeni binasının tikintisi və rayon Mədəniyyət evinin əsaslı
təmiri məqsədi ilə Ağstafa Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının
2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin ehtiyat fondundan ilkin olaraq 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan
məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
****
"Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı inzibati yardım haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci
maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
"Azərbaycan
Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında gömrük işi sahəsində
qarşılıqlı inzibati yardım haqqında” 2014-cü il martın 17-də Tbilisi şəhərində
imzalanmış Saziş təsdiq edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
****
"Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı inzibati yardım haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan
Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci
maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
"Azərbaycan
Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında gömrük işi sahəsində
qarşılıqlı inzibati yardım haqqında” 2014-cü il martın 17-də Tbilisi şəhərində
imzalanmış Saziş təsdiq edilsin.
****
"Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
"Azərbaycan
Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin
readmissiyası haqqında” 2014-cü il fevralın 28-də Brüssel şəhərində imzalanmış
Saziş təsdiq edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
***
"Azərbaycan Respublikası və İspaniya Krallığı arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
"Azərbaycan
Respublikası və İspaniya Krallığı arasında gəlirlərə və əmlaka görə vergilərə
münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın
qarşısının alınması haqqında” 2014-cü il aprelin 23-də Bakı şəhərində
imzalanmış Konvensiya və onun Protokolu təsdiq edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
***
"Azərbaycan Respublikası Hökuməti və İran
İslam Respublikası Hökuməti arasında Ordubad və Marazad Su Elektrik
Stansiyalarının tikintisi və istismarı haqqında” Sazişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
"Azərbaycan
Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Ordubad və
Marazad Su Elektrik Stansiyalarının tikintisi və istismarı haqqında” 2014-cü il
aprelin 9-da Tehran şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi