Sabiq deputatı aldadıblar: "Mənim şikayətimdən sonra onu işdən qovdular" - Məhkəmə prosesi
21-05-2024 [11:56]
Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş deputat Hacı Baba oğlu Salayevin zərərçəkmiş qismində tanındığı məhkəmə prosesinin ilkin baxış iclası keçirilib.
Mia.az "Unikal"a istinadla xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən məhkəmə prosesində zərərçəkmiş Hacı Salayev, Bəxtiyar Məmmədov və Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs Nəcəfov Tural Rahim oğlu da iştirak edib.
İlk olaraq zərərçəkmiş Hacı Salayev ifadə verərək bildirib ki, 2020-ci ilin ortalarında fərdi ev tikintisi üçün lift avadanlıqları lazım olub: "Mənə memarlar təklif etdi ki, "Gerlift" MMC şirkəti ilə əməkdaşlıq edim. Tural ilə görüşdüm, Almaniya şirkətinin Bakı nümayəndəliyinin rəsmisi olan bu şəxsə ilk olaraq 40 min avro ödədim. Bu şirkətin etibarlılığını yoxlamaq məqsədi ilə Almaniyada olan nümayəndəsi türk millətindən Əhməd Canpolad ilə əlaqə saxladım. O təsdiq etdi ki, həqiqətən pul bizə köçürülüb. Ancaq şirkət bizə rəsmi olaraq dedi ki, həmin məbləğ bizə ödənilməyib, gedin probleminizi Azərbaycanda həll edin. Turala cəmi 90 min avro, 4 min dollar pul vermişəm. 5 ay ərzində bütün işlər görülməli idi, avadanlıqlar Almaniyadan gəlməli idi. Həmin türk barədə Almaniyada məhkəmə prosesinə hazırlaşıram. Mənim şikayətimdən sonra onu işdən qovdular. Mən hətta Turala təklif etdim ki, sənin qazancın nədisə mən sənə verim, özüm birbaşa Almaniyadakı nümayəndələrlə əlaqə saxlayım. Əhməd isə dedi ki, yox, ancaq Tural ilə əlaqə saxlayın.
Təqsirləndirilən Tural Nəcəfov zərərçəkmişin danışdıqlarının düzgün olduğunu təsdiqləyib.
Məhkəmənin növbəti mərhələsində digər zərərçəkmiş Bəxtiyar Məmmədov ifadə verib. O bildirib ki, şəxsi villası üçün lift sifariş verib, ümumilikdə 17 min dollar Turala pul verib: "Təxminən 6 min dollar qaytarıb. Azadlığa çıxmağını istəyirəm".
Şahid Abbas Aslanov ifadə verərək qeyd edib ki, Hacı Salayevlə dostdur: "Pul 3 dəfəyə mənim iştirakımla Turala verilib".
Məhkəmə prosesi 11 iyun tarixinə kimi təxirə salınıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi