Prezident İlham Əliyevdən daha bir sərəncam-Dəyişiklik

img

30-06-2014 [18:16]


Azərbaycan prezidenti İlham Əliyev bu gün daha bir sərəncam verib.

Ölkə başçısı "Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, "Dövlət rüsumu haqqında” qanunun 27.4-cü maddəsində "qeydiyyata alınması barədə” sözlərindən sonra "çıxarışın verilməsi” sözləri əlavə edilib, "çıxarışın verilməsi üçün” sözləri "çıxarışın və daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün” sözləri ilə əvəz edilib.


Nazirlər Kabinetinə qanunların və prezidentin aktlarının "Dövlət rüsumu haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb prezidentə təqdim etmək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə 5 ay müddətində dövlət başçısına məlumat vermək tapşırılıb.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Dövlət rüsumu haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edərək Nazirlər Kabinetinə məlumat verməlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA