Putin Çinə yolüstü mühüm mesajlar verdi: "Ukrayna ilə arada təhlükəsiz zonası yaradacağıq" - "ABŞ axmaqdır"
17-05-2024 [21:15]
Rusiya prezidenti Vladimir Putin Çinə səfəri çərçivəsində mətbuat mənsublarının suallarını cavablandırıb.
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, o, Ukraynanın Xarkov vilayəti istiqamətində rus ordusunun irəlilləməsinin məqsədi barədə suala cavab verib.
Putin bildirib ki, ümumiyyətlə, bu münaqişə Kiyev rəhbərliyinin səhvləri ucbatından başlayıb: "İndisə onlar faciəvi hadisələrin günahını Rusiyanın üzərinə atmağa çalışırlar. Lakin baş verənlər onların siyasətlərinin nəticəsidir. Qaldı Xarkov istiqamətində baş verənlərə, bu da onların günahıdır. Çünki Belqorod da daxil olmaqla, Rusiyanın sərhəd bölgələrindəki yaşayış məntəqələrini bombaladılar və bu gün də buna davam edirlər. Açıq şəkildə yenə deyirəm: belə davam edərsə, Ukrayna ilə arada bir təhlükəsizlik zonası - bufer zonası yaratmalı olacağıq. Hazırda bu istiqaməində əməliyyatı davam etdiririk".
Rusiyanın Xarkovu ələ keçirmək planı barədə suala isə o, "Hazırda belə bir planımız yoxdur”, - deyə cavab verib.
Rusiya lideri daha sonra mayın 21-də səlahiyyət müddəti başa çatacaq Zelenskinin o tarixdən sonrakı hüquqi statusunun mübahisələndirəcəyini deyib: "Onun legitimliyi ilə bağlı Ukraynanın siyasi və hüquqi sistemi məsələ qaldırmalıdır. Bu məsələ, əlbəttə ki, vacibdir, çünki gələcəkdə hər hansı bir sənədin imzalanmasından söhbət gedəndə, bu, necə olacaq?!".
ABŞ-ın Rusiyanın bank sisteminə qarşı sanksiyaları barədə danışan Putin bu cür qərarları "axmaqlıq" adlandırıb: "Bu, Amerika siyasi elitasının böyük axmaqlığı və səhvidir. Onlar bununla özlərinə böyük ziyan vurur və qlobal güvən anlamında dollara inamı sarsıdırlar. Rusiya isə beynəlxalq ödənişlərdə yaşadığı problemi müxtəlif yolları ilə həll edir...".
Lamiyə Əhmədli
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi