Vəkillər Kollegiyası Əlabbas Rüstəmov haqda xəbər yaydı

img

30-06-2014 [15:49]


Vəkillər Kollegiyası Rəyasət Heyəti vəkil Əlabbas Rüstəmov həbs olunması ilə bağlı məlumat yayıb. 

Kollegiyanın Mətbuat Xidmətindən "Qafqazinfo” ya daxil olan məlumatda bildirilir ki, son günlər respublikamızda fəaliyyət göstərən bir sıra KİV-lərdə "Vəkil Əlabbas Rüstəmov həsb olundu" və s. bu kimi başlıq və məzmunlu yazılar dərc olunub. Qeyd olunan yazılarda Əlabbas Rüstəmov adlı şəxs cəmiyyətə vəkil kimi təqdim olunub. Bununla bağlı, Vəkillər Kollegiyasının Rəyasət Heyəti bildirir ki, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, yalnız Vəkillər Kollegiyası üzvlüyünə müəyyən olunmuş qaydada qəbul edilmiş və vəkil andı içmiş şəxslər vəkillik fəaliyyətini həyata keçirə bilərlər. Beləliklə, adı çəkilən şəxsin Kollegiyanın üzvü olmadığı nəzərə alınaraq qeyd olunan şəxs barəsində mətbuatda məlumatlar verilərkən "vəkil" adından qanunsuz istifadəyə yol verilməməsi KİV-lərdən xahiş olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA