Ekspert neqativ halları sadalayır: "Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi niyə qaçır?" - "Ciddi çatışmazlıqlar var"
17-05-2024 [10:47]
“Bildiyiniz kimi, ölkə Prezidentinin 24 iyul 2023-cü il fərmanı ilə, Elm və Təhsil Nazirliyinin struktru yenidən müəyyən olunub. Belə ki, Nazirlik Təhsildə Keyfiyyət Təminatı Agentliyi, Elm və Ali Təhsil Agentliyi, Peşə Təhsili Agentliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi olmaqla 4 agentliyə ayrılıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə təyinatlar noyabr ayında verildi. Artıq 6 aydır, bu Agentlik sözdə fəaliyyət göstərir. Nədənsə fəaliyyəti hiss olunmur. Təbii ki, fəaliyyəti varsa...
Əslində, bu agentliklərin yaradılması təhsil sahəsində vəzifə bölgüsünün aparılması, struktrun müəyyənləşdirilməsi, dövlət tənzimləmə mexanizminin işə salınması ilə bağlıdır. Çox təəssüf ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 6 aylıq fəaliyyəti ilə bağlı yaddaqalan heç nə yoxdur. Bu Agentliyin işi ancaq imtahan keçirməkdir. Necə ki əvvəl bunu Elm və Təhsil Nazirliyi edirdi...”.
Mia.az-ın məlumatına görə, bu sözləri Pravda.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.
Ekspert Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin keçirdiyi imtahanları sadalayıb: “Bildiyiniz kimi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliy lisey və gimnaziyalardan başqa, 12 regional təhsil idarəsinə, Bakı Şəhər Təhsil İdarəsinə və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə bölünür. Yəni Agentliyin tabeliyində 14 qurum var. Hər qurum ayrı-ayrılıqda laborant, kitabxanaçı, uşaq birliyi rəhbərliyi, çağırışaqədər hazırlıq rəhbərliyi və psixoloq imtahanı keçirir. Bu isə 70 imtahan edir. Bir də təsərrüfat işləri üzrə direktorların, təşkilatçı müavinlərin, tədris işləri üzrə direktor müavinlərinin işə qəbul imtahanı var. Bu da etdi 42. Ümumilikdə, 112 imtahan.
150 nəfərə qədər şagird sayı olan, eyni zamanda 150-500 şagirdi olan məkəblər üçün də direktorların işə qəbulu imtahanı var. Bu da 28 etdi. 112+28, etdi 140 imtahan. Agentliyin özü isə şagird sayı 500 nəfərdən yuxarı olan məktəblər üçün direktorların, müəllimlərin işə qəbulu, onların yerdəyişməsi ilə bağlı imtahanları keçirir.
Paralel olaraq müəllimlərin qarşılıqlı yerdəyişməsi imtahanı, şəhid ailəsindən olan müəllimlərin yerdəyişməsi imtahanı da Agentliyin öhdəsindədir. 145 imtahan etdi. Artıq sosial pedaqoqlarla bağlı imtahanlar da ayrı-ayrı keçirilməkdədir. Üstəlik, metodist müəllim imtahanı, məktəb inspektorlarının imtahanı da var. Və sairə...
Təkcə ümumtəhsildə ortalama 150 imtahan var. Məktəbəqədərdə isə tərbiyəçilərin işə qəbulu, məktəb rəhbərlərinin işə qəbulu imtahanı... Bir də direktorların qarşılıqlı yerdəyişmə imtahanı hər regionda ayrı olduğu üçün 14 imtahan edir. Bir sözlə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi 1 il ərzində ortalama 170-ə yaxın imtahan keçirir.
Hər imtahan da üç mərhələdən ibarətdir. Sənəd qəbulu prosesi, test imtahanı, müsahibə mərhələsi. Hələ yerləşmə mərhələsini də desək, 4 mərhələyə gəlib çıxır. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi dövlətin təhsil siyasətinin məhz məktəbəqədər və ümumtəhsillə bağlı hissəsini həyata keçirmək üçün nəzərdə tutulmuş təhsili idarətetmə orqanıdırsa, amma hər biri 2-4 mərhələdən ibarət olmaqla 170 imtahan keçirirsə, onda Agentliyin fəaliyyətinin nədən ibarət olduğunu görəcəksiniz.
İndi özünüz qiymət verin. Nəticə etibarilə, bu Agentlik “İmtahan Mərkəzi” olmaqdan başqa heç bir fəaliyyət göstərmir. Çox təəssüflər olsun. İstər məktəbəqədər, istərsə də ümumtəhsilin fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hüquqi normativlər sıfır səviyyəsindədir. Olan hüquqi normativlər də 2023-cü ilə qədər qəbul edilib. Bu sənədlər o vaxta qədər Elm və Təhsil Nazirliyinin üzərində idi. Hətta o vaxtlar da hüquqi normativ sənədlərdə çatışmazlıq var idi. Biz təhsil mütəxəssisləri olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq etmək istəyirik. Dəfələrlə təkliflərimizi vermişik. Hətta müavinlər səviyyəsində görüşümüz olub. Dəyirmi masalar keçiririk, problemlər qaldırırıq, müzakirələr edirik. Problemlərin həlli yollarını bir yerdə axtarmağa çalışırıq.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi isə təhsil ekspertləri ilə işləməkdən qaçır. Niyə qaçır? Bunu bilmirik. Nə özləri problemdən baş aça bilirlər, nə də verilən təklifləri qəbul edirlər. Biz gözləyirdik ki, Agentliklərin yaranması müəyyən irəliləyişlərə səbəb olacaq. Əksinə, təhsil sahəsindəki fəaliyyəti daha da iflic vəziyyətinə saldı”.
Qeyd edək ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovdur.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi