Jurnalistlərin Mətanət İsgəndərli ilə məhkəməsində qalmaqal düşdü

img

30-06-2014 [15:01]


Bu gün Nərimanov Rayon Məhkəməsində tanınmış müğənni Mətanət İsgəndərlinin AzNews.az xəbər saytının baş redaktoru Elchin Zahiroglu və media orqanının əməkdaşı İntiqam Valehoğluna qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında hakim Turqay Hüseynovun sədrliyi ilə məhkəmə prosesi keçirilib.

İntiqam Valeholunun Modern.az-a bildirdiyinə görə, prosesdə Axar.az saytının baş redaktoru Anar Niftəliyev çıxış üçün məhkəmədən söz istəyib. Hakim jurnalistə söz verməyərək, onu zaldan çıxarılacağı ilə hədələyib. Anar Niftəliyev hakimin bu davranışına etiraz olaraq məhkəmə zalını özü tərk edib.

Eyni zamanda prosesi aparan hakimin Aznews.az-ın baş redaktoru Elçin Zahiroğlua qarşı qərəzli davrandığı da bildirilib.
"O, adı vaxtilə Hacı Məmmədov və Elşad Abdullayev olaylarında hallanan Mətanət İsgəndərlini müdafiə edərək, bizim vəkilə xəbərdarlıq etdi. Hakim həmçinin Mətanət İsgəndərlinin məhkəmə prosesini pozan hərəkətlərinə də göz yumdu”.

Xatırladaq ki, M.İsgəndərovanın məhkəməyə müraciət etməsinə səbəb AzNews.az saytında barəsində gedən yazıdakı "narkoman” ifadəsidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA