30-06-2014 [14:09]
"Mən sözümə və özümə hörmət
edən adamam və ağzımdan çıxan sözün də məsuliyyətini dərk edirəm. 3 rayonun
qaytarılması məsələsi mənim haradansa uydurduğum məsələ deyil. Bu, ATƏT-in
Minsk Qrupu tərəfindən irəli sürülən və Rusiya, Fransa və ABŞ-ın da içərisində
olduğu təklifdir”.
Mia.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a ehtiyatda olan polkovnik-leytenant, hərbi jurnalist Üzeyir Cəfərov Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Ağdam, Füzuli və Cəbrayıl rayonlarının geri qaytarılması barədə dediklərinin birmənalı qarşılanmamasını şərh edərkən deyib.
Onun fikrincə, 3 rayonun geri qaytarılması barədə dediyi fikirləri ciddi qəbul etmək lazımdır: "Bu, Üzeyir Cəfərov tərəfindən deyil, məhz Rusiya, Fransa, ABŞ tərəfindən verilən təklifdir. Fransa Prezidentinin Azərbaycana səfəri zamanı, Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıda keçirdiyi görüşlərdə bu üç rayon məsələsi müzakirə olunub. Mənim xarici diplomatlarla, rəsmilərlə, o cümlədən xarici ölkələrin politoloqları, hərbçiləri, hərbi analitikləri ilə mütəmadi görüşlərim olur, müzakirələrin nəticəsindən çıxış edərək bu fikri ortaya qoymuşam. O qədər sadəlövh deyiləm ki, Azərbaycanın taleyüklü məsələsinə dırnaqarası yanaşım. Mənim günahım deyil ki, danışıqlarda gedən mövzu kiminsə diqqətindən kənarda qalıb və mən bu məsələnin üstünə diqqəti yönəldirəm”.
Ü.Cəfərovun sözlərinə görə, 3 rayonun qaytarılması məsələsi Ermənistanda da müzakirə olunub: "Hətta bədnam "Dağlıq Qarabağ Respublika”sının rəhbərləri ilə də müzakirə olunub. Ona görə də bunu qeyri-ciddi, hansısa bir şəxsin açıqlaması kimi dəyərləndirmək lazım deyil. Özüm Azərbaycana olan bu təklifi qətiyyətlə rədd edirəm. Niyə BMT-nin Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsi olduğu halda Azərbaycan hansısa 3 rayonla razılaşmalıdır?
Qarabağ adi məsələ deyil. Mənim təklifimə qeyri-ciddi yanaşanların halına acıyıram, onlar elə bilirlər ki, gündəmə gəlmək üçün bu fikri səsləndirirəm. Lavrovun Bakıya, Ermənistana səfəri, Azərbaycan müdafiə nazirinin Moskvaya səfəri, Putinin telefon zəngi, o cümlədən Ermənistan diplomatlarının Dağlıq Qarabağda yüksək səviyyədə müzakirələr aparması hamısı bu məsələr ətrafındadır. Ermənistana başa salıblar ki, bütün rayonlar geri qaytarılmalıdır, çünki bunlar Azərbaycan əraziləridir. Ona görə də Ermənistan 3 rayonu qaytarmalıdır ki, əlavə uduşları olsun. İtirən Azərbaycan olacaq. Vəziyyət hansı səviyyədədir ki, hətta Azərbaycan öz ziyanına olan Madrid prinsiplərinə razılaşmışdı. Amma bütün bunların fonunda 3 rayon məsələsi Rusiya və Fransa tərəfindən ortalığa atılıb. Tam məsuliyyətimlə deyirəm ki, bu, çox ciddi söhbətdir. Azərbaycanın taleyinə təsir göstərə biləcək qərarlar ola bilər. Demirəm ki, Azərbaycan artıq təklif barədə razılığını verib. Bu, müzakirə mövzusudur. Lakin Ermənistan razılığını verib”.
Hərbi ekspertin qənaətinə görə, üç rayonun qaytarılması qarşılığında Azərbaycan Avrasiya İttifaqına daxil olacaq. O, konkret olaraq Ağdam, Füzuli və Cəbrayıl rayonlarının adının çəkilməsini belə əsaslandırdı: "Ola bilsin ki, Zəngilan rayonunun qaytarılması söhbəti var idi. Amma daha çox Ağdam, Füzuli və Cəbrayıl üzərində danışıqlar aparılıb. Çünki xəritəyə diqqət yetirəndə görürük ki, Cəbrayıl rayonunun müəyyən hissəsi bizim nəzarətimiz altındadır. Yarı hissə isə Ermənistan Silahlı Qüvvələrinin nəzarətindədir. Sol tərəfdən Cəbrayıl, Füzuli və Ağdam qaytarılır, ondan sonra bufer zonada Rusiyanın və digər ölkələrin sülhməramlı qüvvələrinin yerləşdirilməsindən söhbət gedir. Növbəti illərdə isə danışıqlar prosesinin davam etdirilməsini düşünürlər. Bu, sadəcə oyundur ki, Azərbaycanı cəlb etmək istəyirlər. Azərbaycanın isə uduşu olmayacaq”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi