Türkiyədə poislər diplomatımızı döyüblər, nazirlik işə qarışdı, açıqlama gəldi

img

30-06-2014 [13:52]


Türkiyədəki Azərbaycan səfirliyinin diplomatı avtomobili yanlış idarə edildiyi üçün polis tərəfindən saxlanılıb. Məlumata görə, avtomobil xətalı dönüş edib. Bu zaman reyddə olan polis xüsusi nömrə nişanı olan maşını saxlayıb. 

Maşındakı rəsmi şəxs polisin ondan sənəd istəməsindən sonra özünün Azərbaycan diplomatı olduğunu bildirib. Adı açıqlanmayan səfirlik nümayəndəsi diplomatik sənədlərini də rəsmi surətdə təqdim edib. Bundan sonra o, yoluna davam etmək istəyib. Lakin polis gərəkli işlər görüləndən sonra yola davam edə biləcəklərini bildirib. Səfirlik əməkdaşı ona diplomatik qaydalara görə maşınlarını saxlaya bilməyəcəklərini, onun yoluna davam etməsinə icazə verilməsini istəyib. Ancaq polis razılaşmayıb və nəticədə tərəflər arasında mübahisə başlayıb. Mübahisə qısa müddətdə davaya çevrilib. Diplomat hadisə yerindən uzaqlaşaraq baş verənlər barədə səfirliyə polis tərəfindən döyülməsi barədə məlumat verib. Dərhal səfirlik Xarici İşlər Nazirliyi ilə əlaqəyə girib. Səfirlik hadisə ilə bağlı şikayət edib. Bundan sonra ölkənin Daxili İşlər Nazirliyinə məlumat verilib. 

Nazirliyin rəsmiləri dərhal azərbaycanlı diplomat ilə əlaqə yaradaraq hadisə ilə bağlı ən xırda detallara kimi araşdırma aparacaqlarını bildiriblər və diplomatdan üzr istəyiblər. 

Türk rəsmilərin üzrxahlığından sonra diplomat şikayətini geri götürüb. 

Türkiyə mətbuatında yer alan məlumata görə, diplomat və səfirlik şikayətlərini geri götürmələri ilə iki ölkə yarana biləcək diplomatik böhranın qarşısını alınıb(anspress.com).

***

Azərbaycan diplomatı Ankarada döyülməyib.

Bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Səfirliyimiz bu gün mediada yayılan məlumatın həqiqəti əks etdirmədiyini bildirib:

"Diplomatımızın döyülməyi ilə bağlı yayılan məlumat yanlışdır və həqiqətlə heç bir əlaqəsi yoxdur”.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA