Daha bir deputat istefa verdi - Sədr "geri dönün" çağırışı elədi

img

15-05-2024 [18:47]


Meral Akşenerin istefası İYİ Partiyasında qaranlığı aydınlatmayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Akşenerdən sonra partiya ldierliyinə gələn Müsavat Dərvişoğlu da istefaların qarşısını almaqda aciz qalıb.

Bu gün yayılan məlumata görə, İYİ Partiyasının  Adanadan deputatı Bilal Bilici partiyasından istefa verib.

İddiaya görə, o, tezliklə Ərdoğanın lideri olduğu AK Partiyaya keçəcək.

İYİ Partiyasının yeni lideri Müsavat Dərvişoğlu isə partiyadan istefa verənlərə səslənib: "İYİ Partiyası dünən olduğu kimi, bu gün də sizindir. Gəlin fikir ayrılıqlarına son qoyaq, mübarizəmizə birgə davam edək".

Xatırladaq ki, Bilal Bilicin istefasından sonra İYİ Partiyasının Türkiyə Böyük Millət Məclisindəki deputatlarının sayı 37-yə düşüb. 

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:55 26.07.2024

Sabah yağış yağacaq