İcra başçısı 4 dəfə məhkum olunmuş şəxsə vəzifə verib

img

30-06-2014 [12:54]


Masallı rayon Qızılağac kənd icra nümayəndəsinin başçısı Şamil Məmmədovla bağlı ilginc iddia var.  Belə ki,  sözügedən şəxs 4 dəfə ayrı-ayrı vaxtlarda mühakimə olunaraq, həbs həyatı yaşayıb. Və bundan rayon İcra Hakimiyyəti başçısının da xəbəri var. Lakin bütün bunlara baxmayaraq, Məmmədov hələ də vəzifəsinin başındadır.

Həmin məlumatda vurğulanır ki, sözügedən icra nümayəndəsi ilk dəfə 14.03.1985-ci il tarixdə yerli milis tərəfindən saxlanılıb. 26.03.1985-ci ildə isə Astara rayon Məhkəməsinin hökmü ilə CPM-in 214.2.42 maddəsi ilə mühakimə olunaraq, 2 il azadlıqdan məhrum edilib. Həmin maddə terrorçuluq, ictimai təhlükəsizliyi pozmaq və əhali arasında vahimə yaratmaqdan ibarətdir.

Şamil Məmmədovun ikinci həbsi isə 01.10.1989-cu ildə reallaşıb. JAM.AZ-a verilən məlumatda vurğulanır ki, 214.4.44 və 15 və 153-cü maddələrlə barəsində həmin ilin 24 noyabrında hökm çıxarılıb. 5 il həbs cəzası almış indiki icra nümayəndəsi «Qəsdən və ehtiyatsızlıqdan cinayət törətmə» və «Əxlaqsız hərəkətetmə» maddələri ilə ittiham olunub.

Amma Məmmədovun həbslərinin sayı bununla yekunlaşmır. Onlardan daha biri 13.09.2002-ci ildə reallaşıb. Qaradağ rayon Məhkəməsində 79537 saylı Cinayət İşinin əsasında sözügelən şəxs 194.2.1 maddəsi ilə mühakimə olunub.

Elə həmin il Şamil Məmmədov narkotik alveri üzrə qaldırılmış cinayət işinə görə də, mühakimə olunub və buna görə, 3 il həbsdən azad edilib.

Verilən məlumatlara görə, Masallının Qızılavar kənd icra nümayəndəsinin əməlləri bununla yekunlaşmır. Onun dünyasını dəyişmiş şəxsin adına pul yazdıraraq, özünə götürməsi, yerli fermerlərə qan uddurması, hər ferma üçün 4200 manat pul istəməsi və digər işlərlə də məşğul olduğuna dair bilgilər var(Jam.az). 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA