30-06-2014 [12:39]
Bakı meri Hacıbala Abutalıbovun oğlu, vəhabi olduğu iddia edilən İsrafil Abutalıbovun həbs olunması ilə bağlı məlumat yayılıb.
Axar.az-ı məlumatlandıran mənbənin sözlərinə görə, İsrafil Abutalıbov Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin ötən həftə İçərişəhərdəki Aşurbəy ("Ləzgi məscidi”) məscidində keçirdikləri əməliyyatdan sonra saxlanılıb.
Qeyd edək ki, İsrafil Abutalıbovun Suriyaya döyüşməyə gedən azərbaycanlı vəhabilər arasında təbliğat apardığı və onlara maliyyə dəstəyi göstərdiyi barədə informasiya ictimaiyyət arasında xeyli müddətdir ki, dolaşırdı. Aşurbəy məscidində aparılan əməliyyat zamanı da hüquq mühafizə orqanı əməkdaşlarının dindarların İsrafil Abutalıbovla bağlı sorğu-sual edildiyi bildirilirdi.
Hacıbala Abutalıbovun telefonuna cavab verən xanım şəxsi sual olmasına baxmayaraq, merin əvəzindən bildirdi ki, belə məlumatlara inanmaq lazım deyil: "Hamısı yalandır, belə bir şey yoxdur”.
Milli Təhlükəsizlik Nazirliyinin məlumat mərkəzindən isə ümumiyyətlə Aşurbəy məscidində əməliyyat keçirildiyi inkar edildi:
"Bizdə belə bir əməliyyatın keçirilməsi ilə bağlı məlumat yoxdur”.
Xatırladaq ki, iyunun 20-də Bakının "Ləzgi məscidi”ndə ("Aşurbəy”) MTN və DİN əməliyyat keçirərək 20 nəfəri həbs edib. Məlumatı əməliyyat keçirən nazirliklər təsdiqləyib. Əməliyyatla bağlı fotolar da xəbərlər arasında yer almışdı.
Elə həmin vaxtı Axar.az-ın mötəbər qaynaqlardan əldə etdiyi məlumatda deyilirdi ki, əməliyyat zamanı saxlanılan sələfilər Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun oğlu barəsində də sorğu-sual olunublar. Onlar sələfilərin Bakıda əsas himayəçilərindən sayılan İsrafil Abutalıbovun İŞİD-ə qoşulmaq istəyənlərin ölkəni tərk etməsinə şərait yaratması və əlaqələrin hansı istiqamətdə olması ilə bağlı dindiriliblər. O da bildirilirdi ki, sələfilərin Badamdar qəsəbəsində yerləşən ibadət yerlərində aparılan yoxlamalardan sonra kifayət qədər böyük məbləğ müsadirə edilib.
İsrafil Abutalıbovun da elə bu səbəbdən həbs edildiyi ehtimal olunur.
Onu da qeyd edək ki, mətbuatda Hacıbala Abutalıbovun oğlundan imtina etməsi haqda xəbərlər xeyli vaxtdır yayılıb.
Məsələ ilə bağlı öyrənəcəyimiz yeni detal və faktları diqqətinizə çatdıracağıq.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi