Kılıçdaroğlu yenidən CHP sədrliyinə namizəd olacaq? - "O, İmamoğlundan incikdir, ancaq..."

img

14-05-2024 [14:55]


Ötən il keçirilən qurultayda kreslosunu Özgür Özəllə təslim edən CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlunun yenidənpartiya liderliyinə qayıtmaq istəməsi barədə xəbərlər yayılır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kılıçdaroğlunun köməkçisi Bülənt Kuşoğlu isə bu xəbəri təkzib edib.

O bildirib ki, Kılıçdaroğlu yalnız bir halda geri dönə bilər: "Kamal bəy ancaq hazırkı rəhbərliyin uğur qazanmaması və ona ehtiyac olduğu halda sədrliyə namizəd ola və geri dönə bilər"

Kılıçdaroğlunun son qurultayda baş verənlərə görə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlundan incik olduğunu təsdiqləyən köməkçi bildirib ki, o, Mansur Yavaşdan isə incik deyil: "Mansur bəy seçkidən sonra da onu ziyarət etdi...".

Lamiyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:55 26.07.2024

Sabah yağış yağacaq