Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
14-05-2024 [00:03]
Qoç - yaşamın sakit və rəvan ritminə riayət edin, düşünülməmiş addımlar atmayın. Qərarlarınızda emosional olmayın, hisslərin əsirinə çevrilməyin.
Faydalı vərdişlərinizə xilaf çıxmayın. Maraqlarınıza kimsə aktiv müqavimət göstərərək əhvalınızı pozmağa çalışacaq.
Emosional problemləri çözmək ilk baxışda göründüyü kimi asan olmayacaq.
İzafi inadkarlıq, sərtlik etməyin. Adamayovuşmaz, təşəxxüslü olmayın.
Ciddi təhlil və kənar təsirlərin yoxluğunu ehtiva edən işləri əvvəlcədən planlaşdırın.
Baş verənləri diqqətlə izləyin. Yalnız sizi narahat edən və ya məşğul olmağa çalışdığınız iş ən mühüm məqam olmaya bilər.
Bunu nəzərə alın.
Buğa - baş vernələr barədə "Sabah düşünərəm" deməyə dəyməz. Şərtlər sizi nagahani yaxalaya bilər.
Mövqeləriniz nə qədər möhkəm və səbatlı olsa da, səviyyə və imkanlar baxımından sizdən üstün insan yaşam arealınıza müdaxilə edə bilər.
Maraqlarınıza təzyiq, işləriniz və tapşırıqlarınızın artması mümkündür.
Planlaşdırdığınız işlər, perspektivlərlə bağlı risk yaranıb.
Aqressiv davranmayın. Müşahidə edin, konkret addım atmağa tələsməyin, yüz ölçüb bir biçin.
Axşam saatlarında gərəkli işlə məşğul olun.
Alış-verişdə bədxərclik etməyin.
Əkizlər - tələskənlik və hövsələsizliyə yol verməyin. Aramla çalışın, səbrli və təmkinli olun. Daxili harmoniya hissinin kənar təsirlər nətcəsində pozulmasına imkan verməyin.
İşlərinizə müdaxilə olarsa, sərt davranın.
Səlahiyyətlərinizin öhdəsindən gəlin, tapşırığı vaxtında yerinə yetirin, sifarişi gecikdirməyin.
Sizi narahat edən və ya şübhəli təsir bağışlayan məsələlərlə bağlı diqqətli olun. Həssas davranın. Gözləntilərinizdə aldana bilərsiniz.
Sizə önəmli və əziz insanlarla münasibətləri qoruyun. Münaqişə yaranarsa, tezliklə barışın. Əhvalınızı yaxşılaşdırmaq üçün yaşamınıza bir neçə parlaq ştrix qatın.
Xərçəng - aktiv ünsiyyət günüdür. Çoxdan bəri hazırladığınız işləri başa vurmağa çalışın. Sizə maraqlı olan insanlarla təmaslarda planlarınızı açıqlayın.
Gələn məlumatlarla diqqətlə tanış olun, mühüm informasiyanı buraxmayın. Dostlar, tanışlar, yaxın ətrafınızdakı insanlar faydalı informasiya və gərəkli məlumat mənbəyi ola bilərlər.
Təxirə salınmamış planlardan ən önəmlisini seçərək, onu tamamlayın.
Problemlərin orijinal həlli təzahür edəcək. Şərtlərin azını yaşamınıza gərəkli yardım və ya dəstəyi cəlb edə bilər.
Şir - aktiv işlər və nəzərdə tutulmuş layihənin başa vurulması, əldə edilmiş razılaşma çərçivəsindəki əməliyyatların bitirilməsi üçün uğurlu gündür.
Əhvalınız qəflətən dəyişə bilər. Aktiv ünsiyyət və əməkdaşlıqla müqayisədə təkbaşına iş daha faydalıdır.
Birgə əməkdaşlıq olarsa, tərəfdaşlığın nüanslarına diqqət yetirin.
İşə başlamazdan əvvəl qarşı tərəflə yanaşı, şərikinizin istək və niyyətləri ilə diqqətlə tanış olun.
Sizə çox maraqlı olan mövzunu tədqiq etməzdən əvvəl yaxşıca düşünün, durumu tədqiq edin.
Axşam saatlarında istirahətdə xeyir var.
Qız - gəlir və imkanların mədaxilinin zəhmət məxaricindən artıq olması sizi sinirləndirməsin. Hadisələrin axarına sərt etiraz etməyin, emosiyaları tarıma çəkməyin.
Öhdəlik və vədlərin bilərəkdən, qısa müddətə unudulması çətinliklər yarada bilər. Sözünüzdə bütöv olun.
Səhhətdə problemlər, infeksiyalara aşağı müqavimət səviyyəsi istisna deyil.
Nüfuzlu insanlardan biri çoxdan verdiyiniz vədi sizə xatırladacaq. Borcun bir hissəsini qaytarın, yardım istəyini qulaqardına vurmayın. Böyük dəyişikliklər ərəfəsindəsiniz. Əlaqə və dairəniz nə qədər geniş olarsa, perspektivlər bir o qədər maraqlıdır. Hər şey istədiyiniz kimi deyil.
Amma məqsədə doğru inadla irəliləyin, maneələri qətiyyətlə dəf etməyə çalışın.
Tərəzi - sakit və rahat bir gündür. Buna rəğmən, görəcəyiniz işləri qulaqardına vurmayın, sakitləşməyin. Fəal olun, çalışın. Zəhmət rifah vəd edir.
Nüfuzlu və sərfəli insanla təmaslar yaratmaq imkanlarını əldən verməyin. Həddən ziyadə transparent olmayın, planlarınız və niyyətlərinizi ətrafınızdakı insanlarla bölüşməyin.
Diqqət nişanələri ilə qarşılaşacaqsınız. Dost, tanış, qohum və ya tərəfdaş sizdən müəyyən məsələni yerinə yetirməyinizi xahiş edəcək. Barışmaq, ümumi məxrəci hasil etmək, gələcəklə bağlı planları müzakirə etmək üçün yaxşı vaxtdır. Yaxın gələcəkdəki işə maddi və mənəvi baxımdan tam hazır olun. Axşam saatlarında mümkün qədər dincəlin.
Xarici görünüşünüzə fikir verin.
Əqrəb - tələsməyin, hövsələsizlik etməyin. İfrat aktiv davranmayın. İdeya və planlarınız yaxın ətrafınızdakı insanların dəstəyini almayacaq. Nigaran və incik olmayın. Tələsməyin. Hadisələrin axarına süni müdaxilələrə yol verməsəniz, hər şey yaxşı olacaq.
Potensial münaqişələrin alovlanmasına imkan verməyin. İndi maraqlarla niyyətləri uzlaşdırmaq çətin olduğundan mübahisə etməyin.
Valideynlərinizlə təmaslarda həssas olun.
Sizə dəstək və diqqət gərəkdir.
Axşam saatlarında əylənin, istirahət edin. Sevdiyiniz insanları sevindirin.
Oxatan - səhər saatlarından etibarən aktiv işləməyə başlayın. Vaxtınızı səmərəli keçirin, görməli olduğunuz işləri başa vurun. Yaxın ətrafınızdakı insanlara diqqət yetirməyi unutmayın.
Sevdiyiniz insanla birgə çalışmaq və ya vaxt keçirmək zədələnmiş münasibətləri normaya salacaq.
Romantika, yeni təəsüratlar istəyi olsa da, onların reallaşmasını bir qədər təxirə salın.
Günün ikinci yarısında alınan xəbərlər əhvalınızı korlasa da, planları yeniləməyə və dəqiqləşdirməyə yardım edəcək.
Hansısa marağın, məqsədin qurban verilməsi və bunun müqabilində daha önəmli məsələ istiqamətində çalışmağınız istisna deyil.
Səhhətinizin qayğısına qalın.
Axşam saatlarında açıq havada gəzişin.
Oğlaq - mühüm olaylardan biri böhran mərhələsinə qədəm qoya bilər. Daxili durumunuzu, hisslərinizi və niyyətlərinizi yenidən dəyərləndirin.
Ətrafınızda dəyişikliklərə uğrayan hər şeyə fikir verin. Gələn informasiyalara, insanların davranışlarına və hərəkətlərinə laqeyd qalmayın.
Səbrinizi tarıma çəkmək istəyən insan peyda ola bilər, aqressiv reaksiya verməyin. Həmin adama, sadəcə, fikir verməyin.
Axınla hərəkət edin. Hər şey daha yaxşı ola bilər.
Valideynlərə daha çox diqqət yetirin. Bu gün görüşəcəyiniz insanları müyyənləşdirin. Real və virtual söhbətlərdə diqqətli, həssas olun. Şəxsi münasibətlər müstəvisində tərəfdaşın təşəbbüslərinə və şərtlərin dəyişməsinə etibar edin.
Yuxusuz qalmayın. Yatmazdan əvvvəl mütləq açıq havada gəzişin.
Dolça - sakit, harmonik gündür. Dönəmlə bağlı gözləntilərinizin əksəriyyəti doğrula bilər.
İstirahət etmək, əylənmək, rahatlanmaq istəklərini müvəqqəti olaraq təxirə salın.
Günün ikirnci yarısına qədər ara vermədən çalışmaqda xeyir var.
Axşam saatlarına yaxın fəaliyyət tempini bir qədər aşağı salmaq olar. Təmiz havada gəzintidə xeyir var.
Təkbaşına çalışmaq və ya tənhalıqda xeyir var.
Səhhətinizə fikir verin.
İmicinizin hansı dəyişikliklərə ehtiyac duyduğunu düşünün.
Balıqlar - gün sizin üçün uğurlu olacaq. Niyyətləriniz, mühüm planlarınız və önəmli münasibətləriniz barədə düşünmək üçün əlverişli vaxtdır. Hissiyat güclənir.
İntuisiya tərəfdaşlarla yanaşı, mövqelərinizə əks olan insanlarla ünsiyyətdə düzgün davranış modelini tapmağa yardım edəcək.
Danışıqlar, görüşlər, telefon danışıqları, aktual məsələlərin müzakirələri, fəaliyyət sahəsinin genişləndirilməsi uğurlu olacaq. Hadisələrin bundan sonrakı inkişafına təkan verin. Zahiri görünüşünüzlə məşğul olun, gərəkli əşyaları alın. Axşam saatlarında xoş xəbər almaq şansı var. Maraqlı insanla görüş istisna deyil. Cazibədar təklif alacaqsınız.
Milli.Az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi