30-06-2014 [11:37]
MİA Trend-ə istinadən xəbər verir ki, bunu Baş prokuror Zakir Qaralov Azərbaycan Hökuməti və Avropa Şurası tərəfindən Avropa Şurasının Korrupsiyaya Qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) və Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) iştirakçılığı ilə "Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
Z.Qaralov xatırladıb ki, Azərbaycan mayın 14-dən etibarən Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir. Bu, Avropa dəyərlərinə sadiqlik nümayiş etdirən, dünyada nüfuzu gündən-günə artan, demokratik imici daha da möhkəmlənən, ümumavropa dəyərləri xəzinəsinə mühüm töhfələr verən Azərbaycan üçün əlamətdar hadisədir: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının iclasında korrupsiyaya qarşı mübarizənin Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrlik edəcəyi müddət üçün əsas prioritetlərdən birini təşkil edəcəyini və qabaqcıl Avropa ölkələrinin müsbət təcrübəsindən istifadənin beynəlxalq əməkdaşlığın mühüm istiqaməti olduğunu xüsusi vurğuladı".
Onun sözlərinə görə, Nazirlər Komitəsinə sədrlik müddətində ölkəmizdə keçirilməsi nəzərdə tutulan 18 mühüm tədbirdən birincisi olan, Azərbaycan Respublikası və Avropa Şurasının birgə təşkilatçılığı, GRECO və Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının iştirakı ilə təşkil edilmiş bu konfrans zamanı əldə ediləcək müsbət təcrübə və biliklər, habelə konfransın nəticələri korrupsiyaya qarşı mübarizə işinin yeni müstəviyə çıxarılmasına təkan verəcək: "Konfransın işində Avropa Şurasına daxil olan 35 ölkədən 130-dan çox nümayəndə, o cümlədən ədliyyə nazirləri, Baş prokurorlar, ixtisaslaşmış antikorrupsiya qurumlarının rəhbərləri, 13 nüfuzlu beynəlxalq təşkilat, eyni zamanda korrupsiyaya qarşı mübarizə sahəsində uğurlar qazanmış ölkələrin müsbət təcrübələrini bölüşmək məqsədi ilə dəvət edilmiş, bu sahədə ixtisaslaşmış qurumların rəhbərləri, habelə dövlət qurumlarının və QHT-lərin nümayəndələri iştirak edirlər. Bu konfrans həm regional, həm də qlobal səviyyədə əməkdaşlığın bundan sonra dərinləşməsinə zəmin yaradacaq, dünyada korrupsiyaya qarşı mübarizə sahəsində proseslərə öz töhfəsini verməklə mühüm görüş yeri olduğunu sübuta yetirə biləcək".
Qeyd edək ki, beynəlxalq konfransda Türkiyə, Albaniya, Moldova, Xorvatiya, Gürcüstan Respublikalarının, Monako və Lixtenşteyn Knyazlıqlarının Baş prokurorları, Bosniya və Herseqovina, Albaniya, Xorvatiya Respublikalarının Ədliyyə nazirləri, Fransa, Polşa, Litva, Makedoniya və Serbiyanın ixtisaslaşdırılmış antikorrupsiya qurumlarının rəhbərləri, Avropa Şurasının İnsan Hüquqları və Hüquqi Məsələlər üzrə Baş İdarəsinin direktoru, GRECO-nun Prezidenti, IACA-nın İcraçı Katibi, Beynəxalq Prokurorlar Assosiasiyasının (IAP) Prezidenti, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) Baş Katibi və digərləri təmsil olunurlar.
Mərasimdən sonra konfrans plenar iclaslarla davam edəcək. Plenar iclaslarda iştirakçılar tərəfindən anti-korrupsiya qanunvericiliyinin tətbiqi, onun məhkəmə-hüquq sisteminin səmərəliliyinin artırılmasında və iqtisadi inkişafda rolu, hüquqi şəxslərin cinayət məsuliyyəti, korrupsiyaya qarşı mübarizədə səmərəli qabaqlayıcı və maarifləndirmə tədbirləri, bu istiqamətdə vətəndaş cəmiyyəti institutlarının iştirakı, qarşılıqlı səmərəli əməkdaşlıq vasitələri, korrupsiya cinayətləri üzrə effektiv cinayət təqibi üsulları, ixtisaslaşdırılmış anti-korrupsiya qurumları və onların təcrübəsi məsələləri müzakirə olunacaq. İclaslarda Avropa Şurasına üzv ölkələr - Böyük Britaniya, Fransa, Türkiyə, Litva, Xorvatiya, həmçinin Honq-Konq və Malayziya kimi ölkələrin korrupsiyaya qarşı mübarizədə təcrübəsi, eləcə də Azərbaycan Respublikasında son illərdə bu sahədə həyata keçirilmiş tədbirlər barədə çıxışlar ediləcək, ətraflı müzakirələr aparılacaq.
Beynəlxalq konfrans öz işini iyulun 1-də davam etdirəcək.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi