Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib (Yenilənib)
13-05-2024 [14:01]
Prezident İlham Əliyev mayın 13-də Millətlər Birliyinin (Commonwealth) baş katibi Patrisiya Skotlendi qəbul edib.
Mia.az xəbər verir ki, ölkəmizə səfərindən məmnunluğunu bildirən Patrisia Skotlend səfərinin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının ildönümünə təsadüf etməsini xüsusi vurğulayaraq, Ulu Öndərin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarlarını ziyarət etdiyini bildirdi, dahi şəxsiyyətin və onun ömür-gün yoldaşının Azərbaycanın inkişafına verdiyi töhfələri xatırlatdı.
Patrisia Skotlend ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyini məmnunluqla qeyd etdi, bunun özünü xüsusilə COVID19 pandemiyası zamanı göstərdiyini vurğuladı. O, Uqandada Hərəkatın Zirvə toplantısında iştirak etdiyini deyərək orada bütün dövlətlər tərəfindən Azərbaycanın sədrliyinin çox yüksək qiymətləndirildiyini və bunun praktiki nəticələrinin olduğunu qeyd etdi. Qonaq Azərbaycanın Hərəkata uğurlu sədrliyi ilə bağlı bir daha təbriklərini çatdırdı.
Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Patrisia Skotlendin ölkəmizdən yaxşı təəssüratlarla ayrılacağına ümidvar olduğunu dedi.
Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində səmərəli fəaliyyət göstərdiyini, Hərəkatın təsisatlanması istiqamətində mühüm addımlar atdığını vurğuladı. Pandemiya dövründə COVID19 ilə bağlı BMT Baş Assambleyasının Xüsusi Sessiyasının çağırılması təşəbbüsünün ölkəmizə məxsus olduğunu xatırladan Prezident İlham Əliyev Azərbaycanın 80-dən çox ölkəyə, xüsusilə Qoşulmama Hərəkatına üzv dövlətlərə yardım göstərdiyini, vaksin millətçiliyinə qarşı BMT təsisatlarında müvafiq qətnamələrin qəbul olunmasını təmin etdiyini, bununla mübarizə istiqamətində beynəlxalq aləmdə səyləri birləşdirmək üçün fəaliyyətini vurğuladı. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın Qoşulmama Hərəkatına üçillik sədrliyi üzv dövlətlərin dəstəyi ilə daha bir il müddətinə uzadılmışdır.
Azərbaycan Prezidenti ölkəmizin Hərəkata sədrliyi dövründə qazandığı beynəlxalq təcrübədən iqlim dəyişikliyi ilə bağlı istifadə edəcəyini, bu məsələdə də səylərini davam etdirəcəyini dedi, iqlim dəyişikliyindən əziyyət çəkən ölkələrə ədalətli yanaşmanı nümayiş etdirəcəyini bildirdi.
Dövlətimizin başçısı vurğuladı ki, dünya ictimaiyyətinin yekdil dəstəyi ilə ölkəmizin COP29-a sədrlik etməsi və bu tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul olunub. Azərbaycanın Qoşulmama Hərəkatının “sədrlik üçlüyündə” yer aldığını deyən Prezident İlham Əliyev COP çərçivəsində də “üçlük” mexanizminin yaradıldığını qeyd edərək, bu istiqamətdə Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliyanın birlikdə fəaliyyət göstərdiklərini, müxtəlif regionlarda yerləşmələrinə baxmayaraq, COP gündəliyinin birgə irəli aparılması üçün çalışdıqlarını vurğuladı.
Azərbaycan Prezidenti ölkəmizin Millətlər Birliyi təşkilatı ilə əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu bildirdi.
Qonaq Millətlər Birliyi təşkilatının üzvlərinin 33-nün məhz kiçik ada dövlətləri olduğunu deyərək, həmin ölkələrin iqlim dəyişikliklərinin mənfi fəsadlarına ən çox məruz qalan, hətta iqlim dəyişikliklərinə görə mövcudluqları sual altında olan dövlətlər olduğunu vurğuladı.
Azərbaycanın kiçik ada dövlətlərinin və az inkişaf etmiş ölkələrin problemlərinə COP29 sədrliyi çərçivəsində xüsusi diqqət yetirəcəyini deyən Prezident İlham Əliyev qeyd etdi ki, ölkəmiz onların problemlərinin həllinə öz töhfəsini verməyə hazırdır. Bu xüsusda Azərbaycan ilə Millətlər Birliyi təşkilatı arasında birgə əməkdaşlıq layihələri və COP29 çərçivəsində kiçik ada dövlətlərinə həsr edilmiş xüsusi iclasın keçirilməsi məsələləri müzakirə olundu.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi