Bioloji təbabət haqqında nə bilirik?
12-05-2024 [18:01]
Mən enerjini günəşdən alıram...
İnsan orqanizmində baş verən xəstəliklərə iki cür – fəlsəfi və material yanaşma mövcuddur. Onlardan birincisi akademik təbabət adlanır.
Yəni insan orqanizmi bütün dünyada qəbul olunmuş normativlər və proqramlar əsasında öyrənilir; xəstəliklərə səbəb və nəticə kontekstindən yanaşılır; onların etipotegenik potologiyası, yəni səbəbi tapılır; o səbəbin xəstəliyi hansı yollarla yaratması potogenitik istiqamətdə araşdırılır və nəhayət, müvafiq müayinələr təyin edilir. İkinci yanaşma isə müəyyən mənada birinciyə alternativ xarakter daşıyan bioloji təbabətdir. Əvvəllər onun adı homotoksikologiya idi, sonradan sistemli bioloji yanaşma kimi xarakterizə edildi. İndi isə inteqrativ təbabət adlanır. Onun əsas məqsədi xəstəliklərə yanaşma üsullarının bir-birinə inteqrasiyasına nail olmaq, bütövlükdə müalicə aparmaqdır. Bu iki metod arasında oxşar və fərqli cəhətləri müəyyənləşdirmək üçün xəstəliyə yanaşma fəlsəfəsi mövcuddur.
Şərq təbabətində, xüsusilə Çində, Tibetdə, Hindistanda, cənub-şərqi Asiyada və yaxın Şərqdə daha çox yayılmış bir metod var: bu metodla insanda müəyyən olunan xəstəliklər orqanizmdən tam şəkildə xaric edilir. Bioloji təbabət də öz qarşısına anoloji məqsəd qoyub: insan orqanizmini təmizləmək, yəni hüceyrələrdə, toxumalarda və orqanlarda yığılmış toksinlərin aradan götürülməsi yolu ilə orqanizmin öz funksiyasını tam şəkildə bərpa etməsinə və yerinə yetirməsinə şərait yaratmaq.
Bu ideya ilk dəfə Homotoksikologiya elminin banisi alman alimi Rekyevik tərəfindən hələ ötən əsrin əvvəllərində irəli sürülüb. Və müvafiq müalicə prinsipləri işlənib hazırlanıb. Lakin ideya geniş rezonans qazana bilmədi. Tənqidçiləri çox oldu. Və bir müddət yaddan çıxarıldı. Amma sonradan Qərbdən və Avropadan Çinə gedən mütəxəssislər şərq təbabətinin yanaşma tərzini öyrəndikdə Rekyevikin nə qədər haqlı olduğunu müəyyənləşdirdilər. Bununla da, Rekyevikin unudulmuş ideyası yenidən gündəmə gəldi. Yeni klinikalar yaradıldı və bioloji təbabət daha ciddi və daha səmərəli müalicə vasitəsi kimi formalaşdı.
Xəstəliyin yaranma səbəbi və nəticə kontekstindən yanaşdıqda, bioloji təbabət əsasən problemə kompleks şəkildə müdaxilə prinsip ilə yadda qalır. Məlum olduğu kimi, bu və ya digər yollarla insan orqanizminə daxil olan toksinlər – homotoksinlər hüceyrəətrafı mühiti çirkləndirir. Hüceyrə ilə onun ətrafı arasında gedən müntəzəm mübadilə prosesinə ciddi təsir göstərir, onu əhəmiyyətli dərəcədə ləngidir. Nəticədə sərhədlər arasında blok yaranır. O da məlumdur ki, aralıq məhsullar hüceyrə məsamələri vasitəsilə hüceyrəətrafı mühitə – matriksə ötrülür və orqanizmdən xaric olunur. Bioloji təbabət həm hüceyrədaxili, həm də hüceyrəətrafı mühiti – matriksi təmizləyir.
Hüceyrənin avtonom yaşaması üçün bütün şəraiti var. Ancaq toksinlərin hüceyrə məsamələrini çirkləndirməsi mübadilə prosesində ciddi əngəllər yaradır. Başqa sözlə desək, toksinlərin hüceyrənin içində oturması xəstəliyi yaradan əsas faktorlardandır. Bu mənada bioloji təbabətin tətbiq etdiyi müalicə sistemi ilk növbədə hüceyə və hüceyrəətrafı mühitə daxil olmuş toksinləri zərərsizləşdirməklə hüceyrənin və matriksin sinxron fəaliyyətini bərpa edir, xəstəliyi aradan qaldırır. Digər tərəfdən, bioloji təbabətin tətbiq etdiyi pereparatlar toksinlərin zərərsizləşdirilməsi məqsədilə həm çıxarıcı orqanların fəaliyyətini gücləndirir, orqanizmi təmizləyir, həm də immun sistemini gücləndirir.
Ayrıca vurğulanmalıdır ki, bioloji təbabətin tətbiq etdiyi pereparatlar əsasən xüsusi plantasiyalarda yetişdirilmiş bitkilərdən – təbii yolla hazırlanır. Kimyəvi pereparatlardan fərqli olaraq, heç bir yan təsiri yoxdur. Ona görə də onları yaşından və durumundan asılı olmayaraq bütün insanlara tətbiq etmək mümkündür.
Təbabət sahəsində əldə olunmuş praktik uğurları səbəbindən Qərbi Avropada, xüsusilə Almaniyada, Avstriyada, Cənubi Amerikada, Kolumbiyada, Argentinada Braziliyada, Şimali Amerikada, Kanadada tibb universitetlərində bioloji təbabətə aid kafedralar fəaliyyət göstərir və o, elm kimi tədris olunur. Haqqında tələbələrə və həkimlərə ətraflı bilgilər verilir.
Bioloji təbabətin Azərbaycana gətirilməsi və setifikatlaşdırılması 1997-cı ildən "Planeta” şirkətinin qurucusu və direktoru kimi tanınan Elxan Yaqubovun gərgin və səmərəli əməyi və adı ilə bağlıdır.
Məhz onun mesenatlığı və təşəbbüsü ilə mərkəzi Almaniyada yerləşən Bioloji təbabətlə müalicə metodu 2001-ci ildən ölkəmizdə fəaliyyətə başlamışdır. Bioloji Tənzimləyici Təbabət metodları ilə bütün ixtisaslar üzrə müalicə aparacaq həkimlər Elxan Yaqubovun əvəzsiz dəstəyi ilə Almaniyaya uzunmüddətli ezamiyyəyə göndərilmiş, təcrübə mübadiləsi keçmiş, müvafiq bilgilər əldə etmişlər.
Bundan sonra 2009-cu ilin dekabrında Bioloji Təbabət Klinikası təsis edilmişdir.
Hazırda öz şəbəkəsini genişləndirən Bioloji Təbabətin Bakıda, Sumqayıtda, Masallıda və Göyçayda tibbin bütün tələblərinə yüksək səviyyədə cavab verən müasir klinikaları klassik müalicə üsulları ilə inteqrativ şəkilldə, müştərək olaraq vahid bir məxrəcdə uğurla fəaliyyət göstərir və nəzərəçarpacaq praktik nəticələr əldə edir.
Qeyd: Yazı tibb elmləri doktoru, professor Rafiq Quliyevin fikirləri əsasında hazırlanıb.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi