YAP parlament seçkilərinə hazırlaşır - Tahir Budaqov açıqladı

img

10-05-2024 [10:34]


Yeni Azərbaycan Partiyası (YAP) hazırda parlament seçkilərinə hazırlıqla bağlı lazım olan bütün tədbirləri həyata keçirir.

Mia.az xəbər verir ki, bunu YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, parlament seçkilərinin vaxtı ilə bağlı hələ son qərar yoxdur: "Amma buna baxmayaraq YAP bütün seçkilərə yalnız seçki ərəfəsində yox, seçkilər arası müddətdə də prosesə hazırlıq aparır".


Digər xəbərlər
SON XƏBƏRLƏR