YENİ YAŞIN İŞIĞINDA: "İcra başçıları nəyinsə qarşılığında..." - "Hazırda Mil-Muğan bölgəsinin arxeoloji abidələrini araşdırırıq"
10-05-2024 [00:02]
Qayıdış İctimai Birliyinin sədri, tanınmış kulturoloq Hasil Tağıyevlə doğum günü ərəfəsində həmsöhbət olduq.
Mia.az onunla müsahibıni təqdim edir:
- Hasil müəllim! 10 mayda doğum gününüzdür. Bu münasibətlə sizi təbrik edirik. Necəsiz?
– Çox sağ olun. Təşəkkür edirəm, yaxşılıqdır.
- İstərdik, bu gözəl gündə rəhbərlik etdiyiniz İctimai Birliyin xətti ilə gördüyünüz işlər barədə danışasınız.
– Bizim İctimai Birlik milli-mənəvi dəyərlərimizin təbliği, adət-ənənələrimizin qorunması və gənc nəsillərə çatdırılması, mədəniyyət abidələrimizə qayğı və ümumən dövlətin mədəniyyət siyasətinin icrası istiqamətində uğurlu işlər aparır.
Vətən müharibəsi günlərində isə canını fəda etmiş əsgər və zabitlərimizin döyüş və həyat yoluna ayna tutmağa çalışdıq. Bir neçə uğurlu işimizi deyim. “Vətən aşiqi” filmində ailənin tək oğul övladı şəhid polkovnik-leytenant Sənan Axundovun, “Vətən əmanəti” filmində qəhrəman şəhid-döyüşçü Məhəbbət Mirzəyevin, “Biz üç dost idik” filmində Azərbaycanın müxtəlif bölgələrindən olan qəhrəman şəhid-döyüşçülər - Cavid Dədəkişiyev, Qabil Orucəliyev və Adil Adilzadənin, “Biz həmişə səninləyik!” filmində isə şəhid mayor Emin Süleymanovun həyat və döyüş yolundan bəhs olunur. Bundan başqa onlarca qəhrəman döyüşçülərimizə həsr olunmuş filmlərin direktoruyam.
Film çəkilişlərindən söhbət düşmüşkən onu deyim ki, narkamaniyaya qarşı mübarizə məqsədilə çəkdiyimiz “Qızıl gülə batasan” filmi məktəblilər arasında maariflənməyə daha çox xidmət edir.
- Hasil müəllim, ictimai sferada və mədəniyyət işçiləri arasında tanınan bir şəxs kimi keçdiyiniz həyat yolu bizə maraqlıdır...
– Kənd klubunun müdiri, Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin direktoru, İmişli rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri (o vaxt belə adlanırdı), Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi Metodik Mərkəzində sektor müdiri vəzifələrində işləmişəm. Əgər Azərbaycan mədəniyyətinə az da olsa, töhfə verə bilmişəmsə, nə xoş mənə!
- Hazırda nə kimi planlarınız var. Bir yaradıcı insan kimi hansı işlər üzərində çalışırsınız?
– Hazırda Mil-Muğan bölgəsinin arxeoloji abidələrini araşdırırıq. Onun mühafizəsi və zənginləşdirilməsi istiqamətində təkliflərimiz var. İnşallah, yaxın aylarda layihəmizin icrası istiqamətində uğurlu işlərimiz olacaq. Bu layihələrə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə öz təşəkkürümüzü bildiririk.
- Mədəniyyət işçisi kimi bugün Azərbaycan Respublikası Mədəniyyət nazirliyinin işinə necə baxırsınız, aparılan siyasət və kadr işi Sizi qane edirmi?
– Deyim ki, mədəniyyətimizin inkişafına diqqət və qayğının bünövrəsi ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub və bu gün isə cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin mədəniyyət siyasəti uğurludur, inkişafyönümlüdür və qalib bir ölkənin mədəniyyətini özündə əks etdirir.
Nazir dəyişikliklərinə gəlincə isə, keçmiş rəhbərliyin siyasətini uğursuzluq sayıram. Adil Kərimli ötən ilin aprel ayında Azərbaycan Respublikasının mədəniyyət naziri təyin olunub. Gəncdir, doğrusu, ümidliyik. Mədəniyyət Nazirliyi sistemində ikili rəhbərlik, həm nazirlik, həm də İcra Hakimiyyətləri tərəfindən idarəolunma xeyli gərginliklər yaradırdı. İcra başçıları nəyinsə qarşılığında kimlərisə rəhbər vəzifələrə təyin olunmasına cəhd edirdilər. Çox şükürlər olsun ki, indi belə hallar yoxdur. Demokratik idarəetmə, şəffaf kadr siyasətinin fonunda nöqsanlara yol vermək səriştəsizlikdir və bağışlanılmazdır.
- Övladlarınızdan Sizin peşə sahəsində çalışanlar varmı?
– İki qızım var. Hər ikisi ali təhsillidir. Həmidə kitabxana işi üzrə, Səkər isə muzeyşunaslıq üzrə mütəxəssisdir. Körpə uşaqlı olduqları üçün hazırda işləmirlər. Gözəl nəvələrimə - Həsən, Mənsumə və Timura xidmət edirlər.
- Hasil müəllim, müsahibə üçün çox sağ olun! Bir daha yeni yaşınız mübarək! Ulu Tanrı Sizi, övladlarınızı və nəvələrinizi qorusun!
– Siz sağ olun! Təbrik və diqqətiniz üçün təşəkkür edirəm!
Samir Musayev
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi