29-06-2014 [01:06]
Bosniya prokurorluğu 2007-2009-cu illər arasında yüzlərlə fəhlənin Azərbaycana aparılıb qul kimi istismar edilməsini görə mütəşəkkil cinayətkar qruplaşmanın 13 üzvünün həbs edildiyini açıqlayıb. Virtualaz.org saytı Bosniya mənbələrinə istinadən xəbər verir ki, həmin şəxslər Bosniya, Serbiya və Makedoniyadan 600-dan çox fəhlənin qul kimi Azərbaycana satılmasını təşkil ediblər.
Bosniya prokurorluğu bəyan edib ki, həmin şəxslər yüzlərlə fəhləni iş adı altında aldadıb Azərbaycana aparıblar.
"Azərbaycana gələndən sonra fəhlələr qeyri-insani şəraitdə saxlanılıblar. Onlara vəd edilən əməkhaqqı ödənilməyib və ağır şərtlər altında işlədilib” - deyə prokurorluq bildirir.
Şübhəlilər bu insan alverindən 3 milyon avro, yaxud 4,1 milyon dollar qazanıblar. Həbs edilənlərin adları açıqlanmır, ancaq prokurorluq həbs əməliyyatına dair foto yayıb.
Xatırladaq ki, bosniyalı fəhlələrin Azərbaycanda qul kimi işlədilməsini vaxtilə "Azadlıq” radiosu üzə çıxarıb. Radionun araşdırması nəticəsində məlum olmuşdu ki, həmin qullar Azərbaycanın İdman və Gənclər Nazirliyinin sifarişi ilə inşa edilən obyektlərin tikintisində işlədiliblər. Tikintini "SerbAz” Layihə və Tikinti MMC adlı podratçı şirkət həyata keçirib.
Bosniyalı qullar həmin şirkət tərəfindən ölkəyə gətirilib. Aylardır əməkhaqqı almayan, yarıac, qeyri-insani şəraitdə saxlanılan və səhərdən axşamadək işləməyə məcbur edilən fəhlələr qorxusundan başlarına gələnlər barədə danışmayıblar. Nəhayət, onlardan biri "Azadlıq” radiosunun Bosniya xidməti ilə əlaqə yarada və adının açıqlanmaması şərti ilə Azərbaycanda başlarına gələnlər haqda danışmağa imkan tapıb.
Bu faktın izi ilə aparılan araşdırma göstərib ki, Bosniya, Serbiya və Makedoniyadan Azərbaycana "SerbAz” şirkəti tərəfindən 700-ə yaxın qul gətirilib. Onlar Mingəçevir Olimpiya Mərkəzinin, "Buta Palace” sarayının, "28 may” ticarət mərkəzinin və digər obyektlərin tikintisində işlədiliblər.
"SerbAz” şirkətinin Gənclər və İdman Nazirliyinin rəhbərliyinə bağlı olduğunu göstərən dəlillər aşkar edilib. Şirkətin ofisinin nazirliyin Azadlıq prospekti, 128 ünvanında, Milli Olimpiya Komandaları üçün Təlim-Məşq Mərkəzində yerləşdiyi üzə çıxıb.

Fəhlələrdən 90-a yaxını Badamdar qəsəbəsindəki iki mərtəbəli villada saxlanılırdı. "Azadlıq” radiosunun müxbiri onlarla söhbət etməyə imkan tapmışdı. Məlum olmuşdu ki, bosniyalı qullar 6 aydır bir qəpik də əməkhaqqı almırlar və üstəlik 13 gündür ac-susuz qalıblar. Villada onlar əsir düşərgəsində olduğu kimi çoxmərtəbəli çarpayılarda saxlanılıb, hər çarpayıda qulun adı yazılıb.
Qeyri-insani şəraitdə yaşayan və amansızcasına istismar edilən fəhlələrdən ən azı ikisi ölüb. Onların harada basdırıldığı da məlum olmayıb. Məlum olub ki, Badamdar qəsəbəsində daha bir neçə yerdə hərəsində 100-120 nəfərin saxlanıldığı evlər var.

Yüzlərlə bosniyalı fəhlənin Azərbaycanda qul kimi işlədilməsi faktı böyük rezonans doğurmuşdu. Bosniya-Herseqovinanın xarici işlər naziri Sven Alkalaj bu məsələ ilə bağlı azərbaycanlı həmkarı Elmar Məmmədyarova zəng etmişdi. Habelə Bosniya tərəfi məsələni araşdırmaq üçün öz nümayəndəsini Bakıya göndərmişdi.
Məsələnin böyüməsindən sonra bosniyalıların pullarının bir qismini ödəmiş və onları polisin müşayiəti ilə ölkədən deportasiya etmişdilər. Lakin "SerbAz” şirkətinin sahiblərinin və himayəçilərinin cəzalandırılması barədə heç bir məlumat verilmədi.

Azərbaycanda qul əməyinin istismarı və yüzlərlə xarici ölkə vətəndaşının qul kimi işlədilməsi faktı beynəlxalq hesabatlara da düşüb. İndi Bosniyada qulların Azərbaycana daşınmasını təşkil edən mütəşəkkil cinayətkar qrupun üzvlərinin yaxalanması məsələnin yenidən böyüməsinə, bu qrupun Azərbaycandakı şəriklərinin kimliklərinin üzə çıxmasına səbəb ola bilər.
Virtualaz.org
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi