Cabir Novruzun gömrükdə işləyən oğlu qəfil vəfat etdi

img

28-06-2014 [23:45]


Azərbaycanın tanınmış şairi Cabir Novruzun oğlu Vüqar Novruzov vəfat edib.

ANS PRESS-in Vüqar Novruzovun iş yoldaşına istinadən məlumatına görə, onun günorta saatlarında dünyasını dəyişdiyi deyilir. 

Ölümünə səbəb isə ürək çatışmazlığı olub.

Qeyd edək ki, Cabir Novruzun kiçik oğlu olan Vüqar Novruzov Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı olub. Mayor rütbəsini daşıyan Vüqar sabah dəfn olunacaq.

Mərhumla vida mərasimi 8-ci mikrorayonda yerləşən yazıçıların binasında olacağı gözlənilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA