"Füzuli” futbol klubunun prezidentinə aır ittihamlar var - "Pulumu alıb..."
06-05-2024 [11:57]
“TTQ GRUP” MMC-nin direktoru, “Füzuli” futbol klubunun prezidenti Rauf Quliyevin bir neçə şəxsə qarşı dələduzluq etməsi iddia olunur.
Mia.az xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən Qasım Kazımov və digər 3 şikayətçi Rauf Quliyevin ev tikmək adı ilə onlara ziyan vurduğunu bildirib.
Onların iddiasına əsasən, Rauf Quliyevə məxsus şirkət fərdi evlərin layihələndirilməsi və tikilməsi ilə bağlı sifarişləri qəbul edib: “Rauf Quliyevin adamları “TTQ GRUP” MMC adından elan saytlarında “Fərdi evlərin nağd və kreditlə tikilib satılması” başlıqlı reklam yerləşdirirlər. Ötən ilin 30 noyabrında mən bu elan vasitəsilə həmin şirkətlə əlaqə yaratdım. Mənə şirkətin tikinti üzrə mühəndisi Elnur adlı şəxsə yönləndirdilər və onunla Sumqayıtda görüşdük. Bir neçə yerdə torpaq sahələri göstərdi. Nəhayət “Kotec” qəsəbəsi deyilən yerdə daş hasara alınmış ümumi sahəsi 15 sot olan torpağın içində 2 sot torpağı bəyəndim. Elnur dedi ki, bəs bu torpaq sahəsi onların şirkətinə məxsusdur. Bütün sənədlər daxil tam paket halında çıxarışlı evi tikib mənə 4 ay ərzində təhvil verəcəklər”.
Qasım Kazımov əlavə edib ki, bundan sonra şirkət əməkdaşı ilə görüşərək müqavilə imzalayıb: “Ertəsi gün Elnurla şirkətin Yasamalda yerləşən ofislərində görüşdük. Burada “TTQ GRUP” MMC-nin direktoru Quliyev Raufla tanış oldum. Danışığa əsasən, mənim üçün tikiləcək evin ümumi dəyəri 72 000 manat oldu. 20 000 manatı ilkin ödəniş kimi, yerdə qalan məbləği isə 90 ay müddətində ödəmək şərti ilə razılaşdıq və müqavilə imzaladıq. Rəsmi ödəniş qəbzinə əsasən 20 min pulu Raufa verdim. Rauf bildirdi ki, müqavilə bağlandığı tarixdən 4 ay müddətinə evi tikib tam təhvil verəcək”.
Şikayətçi əlavə edib ki, razılaşma müddətindən xeyli keçsə də, heç bir tikinti aparılmayıb və verdiyi pulları geri ala bilmir: “Hər dəfə Rauf mənə min cür bəhanə uydurur. Gah deyir İcra Hakimiyyətinə 3700 manat rüsum ödəyib, gah da başqa sözlər... Mən onların Yasamaldakı ofislərinə getdim və orada məlum oldu ki, mənim kimi çoxsaylı adama ev tikintisini vəd edərək pul alıblar, lakin heç bir iş görməyiblər, pulları da qaytarmırlar. Həmin adamlardan mənimlə birgə 4 nəfər - Vüsal Mustafayev (18 000 AZN), Zülfiyyə Zeynalova (25 000 AZN), Emin (21 000 AZN) və digər şəxs müxtəlif dövlət qurumlarına məsələ ilə bağlı şikayətlər ünvanlamışıq. Ümumilikdə isə 25 nəfərə yaxın şəxsdən pul alaraq aldadıblar. Biz bununla bağlı polis və prokurorluq orqanlarına müraciət etmişik, lakin hələ də cinayət işi açılmayıb və Rauf Quliyev barəsində tədbir görülmür".
İttihamlarla əlaqədar Rauf Quliyevlə əlaqə saxladıq. O, “Qafqazinfo”ya açıqlamasında bildirdi ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır: “Mən həmin şəxs üçün torpaq sahəsinin alınması məqsədilə 4 min manat ödəmişəm, qəbzlər də var. Gedib şikayət edib, mənim ictimai mövqeyimdən istifadə edərək belə bir addım atır. Onunla danışanda da demişdim ki, pulunu hissə-hissə ödəyəcəyik”.
Qeyd edək ki, Rauf Quliyev 2013-cü ildə Prezident seçkilərində müstəqil şəkildə namizədliyini irəli sürüb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi