SABİQ NAZİRİN OĞLUNUN ADI HALLANAN MƏHKƏMƏ PROSESİ: "90 milyon manat ayrılmışdı..." (Yenilənib)
06-05-2024 [11:08]
2015-2020-ci illərdə Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Mia.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.
Çingiz Mehdiyev ifadəsi zamanı həyat yoldaşının ona qarşı əsassız ittihamlar irəli sürdüyünü deyib:
"Amerikada banklarda işləmişəm. İşlədiyim müddətdə heç zaman pozuntulara yol verməmişəm. Maliyyə sektorundan ayrılandan sonra avtomobil idmanı sahəsinə keçdim. Pilot akademiyasının yaradılması barədə layihəm vardı. Bu layihə ilə bağlı o zamankı gənclər və idman naziri Azad Rəhimovla görüşdüm. Nazir layihəni bəyəndi. Daha sonra dedi ki, bu layihənin büdcəsini hazırla. Lahiyə pilotların hazırlanması, akademiyanın tikilməsi, müəllimlərin hazırlanması və başqa məqamları əhatə edirdi.
Sonra Azad Rəhimov mənə dedi ki, indi ölkə üzrə daha vacib layihələr var, mütəxəssis olduğum üçün məni 2015-ci ildə "Formula-1"-də işə götürdülər. İşə götürüləndə vəzifəm əməliyyatlar şöbəsinin rəisi idi. 2016-cı ildən isə vəzifəmin adı dəyişdi, idman əməliyyatlar üzrə menecer oldum.
Avtomobil idmanında təcrübəm olduğu üçün mənə super lisenziya verdilər. Bu lisenziya əsasında da Formula-1 keçirmək olardı. Bu, şəxsə verilən lisenziya idi. Yarışın keçirilməsi üçün xüsusi məhsullar alınmalı idi. Bu məhsullar da Azərbaycanda istehsal olunmurdu. Bu məqsədlə direktor Arif Rəhimov və satınalmalar üzrə direktor Zaur Məlikaslanovla birgə xaricə getdik, həmkarlarımızla görüşdük. Geri qayldandan sonra məhsulların satın alınması üçün 90 milyon manat vəsait ayrıldı. Bəzi məhsulların alınmasında çətinliklər yaranmışdı. Bu iş üzrə Azərbaycanda ixtisaslaşmış şirkət və ya ekspert yox idi. Ona görə də bu problemi həll edilməsi mənə tapşırıldı. Qiymətlərlə bağlı Cenevrədəki ofislə danışdım. Mənə əlaqələr verdilər. Qiymətlərlə bağlı konsultanların qiyməti saat başı hesablanır. Danışdığım şirkətdə qiymət ucuz idi. İki ay ərzində ümumi 350 min dollar edirdi. Malların tədarükü ilə bağlı görüşlər keçirdik. Zaur Məlikaslanov xüsusi mallar haqqında anlayışı olmadığını dedi. Mənə deyildi ki, təcili minimal qiymətləri həll etməliyəm. Mən də "Dayton" şirkətini təklif etdim. Mallar sifariş verildi və şirkətə pul ödənildi.
Mənə maraqlıdır ki, prokurorluğun mütəxəssisləri 389 min manat yeyintini necə hesablayıblar? 9 il əvvəl olan yarışa alınmış malların dəyəri necə hesablanıb?"
Növbəti məhkəmə prosesində təqsirləndirilən Çingiz Mehdiyev məhkəmənin suallarını cavablandıracaq.
Proses iyunun 3-də davam etdiriləcək.
İttihama görə, Çingiz Mehdiyev özünə etibar edilmiş külli miqdarda vəsaiti talamaq niyyəti ilə ofşor zonada - Seyşel adalarında cinayətdən xəbərsiz anasının adına yaratdığı şirkəti Formula 1 yarışlarının keçirilməsi üçün ixtisaslaşmış təşkilat kimi təqdim edərək müqavilə bağlatdırıb. İstintaqla onun ümumilikdə 397 min 852 min manat dövlət vəsaitini mənimsədiyi üzə çıxıb.
Bundan başqa, Çingiz Mehdiyev ona etibar edilmiş vəsaiti hissə-hissə olmaqla 2020-ci ilin fevral-noyabr ayları arasında olan müddət ərzində qardaşı Zaur Mehdiyevin ABŞ-ın "Bank of America" bankında olan hesabına köçürməklə öz qulluq mövqeyindən istifadə etməklə 1 milyon 436 min 735 manat təşkil edən məbləği köçürməklə leqallaşdırıb .
Qeyd edək ki, Çingiz Mehdiyevə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 12.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü ( vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Həmçinin 1 milyon manata yaxın qiymətləndirilən əmlakları üzərinə həbs qoyulub.
İstintaq dövründə Ç.Mehdiyev mənimsədiyi məbləğin 100 min manatını dövlət büdcəsinə geri ödəyib.
***
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Mia.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxs ifadə verib.
Ç.Mehdiyev həyat yoldaşının əsassız iddiaları üzrə ittiham olunduğunu bildirib.
Onun sözlərinə görə, mərhum nazir Azad Rəhimovun oğlu Arif Rəhimov "Formula1" yarışı üzrə məhsulların satın alınmasını Zaur Məlikaslanova tapşırıb: "Lazımi məhsulların alınması üçün 90 milyon manat vəsait ayrılıb. Satınalma ilə bağlı növbəti iclasında ona bildiriblər ki, xüsusi məhsulların satın alınmasında ciddi çətinliklər mövcuddur. Məhsul çeşidlərinin çoxluğu, fərqliliyi, istehsalçıların müxtəlif ölkələrdə yerləşməsi, çoxlu sayda müqavilələr bağlanması təlabatının yaranması, onlara ilkin ödənişlərin edilməsi, bu məhsulların ölkəyə gətirilməsinin logistikasının vaxtında və düzgün təşkili, o cümlədən nümunələrin əldə edilməsi və Londondakı baş ofislə razılaşdırılması və yekun olaraq malların alınması çox böyük insan əməyi, vaxt və maliyyə tələb edirdi".
Qeyd edək ki, o, Formula-1 oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur.
Ç.Mehdiyev barəsində istintaq dövrü müddətinə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib(Report).
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi