Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
06-05-2024 [00:02]
Qoç - uğurlu gündür. Məqsədinizə çatmaq üçün intensiv çalışın. İşgüzar intuisiyanız kəskin olsun. Məhz hissiyatınıza güvənərək doğru qərarları sürətlə qəbul edin. Bədxah və rəqiblər xəbərsiz, süst olarkən siz irəliləyin. Danışıqlarda diplomatcasına, soyuqqanlı davranın. Belə davranışda fayda var. Şəxsi münasibətlər müstəvisində sevdiyiniz insanla dil tapın. Yaşamınızda mühüm rol oynaya biləcək yeni romantik münasibət formalaşa bilər.
Buğa - rəvan olmayan gündür. Səhər saatları uğurla başlanacaq. Hər şey istənilən kimi olacaq, başladığınız işlərdə istədiyinizə nail olacaqsınız.
Günün ilk yarısı səfər, səyahət, ezamiyyət, yarımçıq qalmış işlərin başa vurulması üçün əlverişidir. Mühüm görüş, toplantı da işlərin gedişatına xeyirlidir. Günün ikinci yarısı o qədər də uğurlu sayıla bilməz. Emosional fon stabil deyil, ən xırda və kiçik məsələlərə görə qıcıqlanır, sinirlənirsiniz. Dostlardan və ya qohumlardan biri ilə kiçik münaqişə istisna deyil. İfrat dərəcə yorğunluğa imkan verməyin. Belə yorğunluq səhhətinizə pis təsir edərək orqanizminizdə ağrılar yarada bilər.
Əkizlər - işləri qaydaya salmaq çətin olsa da, mümkündür. Ciddi çalışın, önəmli məsələləri diqqətdən qaçırmayın.
Günün ilk yarısı işgüzar məsələlərin həlli, sövdələşmə və anlaşmalar üçün əlverişli deyil.
Tərəfdaş və ya iş yoldaşları ilə dərhal, tezlikldə anlaşma əldə etmək çətindir.
İndi əsas məsələ yaxın insanları incitməmək, küsdürməməkdir.
Axşam saatları sakit istirahət, dəyər verdiyiniz insanlarla ünsiyyət üçündür. İnsanların gur olacağı tədbirlərə qatılmayın - yorularsınız. Yeni tanışlıqlar yaratmağa tələsməyin.
Layiq olmayan insana dəyər verə bilərsiniz.
Xərçəng - yaxın ətrafınızdakı insanlarla münasibətlər rəvan olmayacaq. Hətta əvvəllər əla münasibətlərinizin olduğu insanlarla ünsiyyətdə sərinlik yarana bilər.
Kiçik anlaşılmazlıqlar təlaş və narahatlıq üçün yetərli səbəb olmamalıdır. Xırda işlərə görə inciməyin, hirslənməyin.
Emosional baxımdan zəngin gün olduğundan istənilən məsələnin həlli çətinləşir. Amma stressin öhdəsindən gəlmək çətin olsa da, mümkündür.
Şir - gün uğurla başlamasa belə, bütün çətinliklərin öhdəsindən gəlin. İşdə ən çətin, qəliz məsələlərin həllində ən uğurlu variantı arayın.
Günün ikinci yarısında vəziyyət gərginləşə bilər. Fəndgir, sayıq, məntiqli davranın.
Planlarınızı kimsə ilə bölüşməyin.
Niyyətləriniz başqaları üçün nə qədər mübhəm qalarsa, məqsədə çatmaq üçün sərf edəcəyiniz səylər bir o qədər az olacaq.
Alış-veriş və investisiyalar üçün uğurlu vaxtdır.
Bədxərclik etməyin.
Dostlar və tanışlar sizdən yardımları minnətdarlıqla qəbul edəcək, məsləhətlərinizi dinləyəcəklər.
Qız - əməkdaşlıq, işgüzar danışıqlar, həmfikir və müttəfiq axtarışları üçün əlverişli gündür. Yeni tərəfdaş və ya işinizə maliyyə dəstəyi verəcək insan tapacaqsınız. İşgüzar mövqelərinizi möhkəmləndirin.
Yeni imkanlar yaranır. İşinizi daha çox maaşlı yerə dəyişmək, yaxud da karyera pilləkəni ilə yüksəlmək şansları yaranır.
Ev işlərinin öhdəsindən gəlin. Çətinlik yaranarsa, ailə üzvlərinə müraciət edin.
Axşam saatlarında istirahət və əyləncəni unutmayın.
Pozitiv emosiyalar və yeni tanışlıqlar istisna deyil.
Tərəzi - çoxsaylı, planlaşdırılmamış və qəfil görüşlər olacaq. İstənilən situasiyada yüksəkdə, özünüzü ən yaxşı yöndən təqdim etməyə hazır olun.
İşdə həmkarlar və rəhbərliklə yaranan problemləri dərhal həll edin, münaqişə və qarşıdurmalara səbəb olmayın.
Tanışlarınız dəyərli məsləhətlər verə bilərlər.
İşlə bağlı, habelə şəxsi münasibətlər çərçivəsində mühüm xəbər ala bilərsiniz.
Qonaq qəbul etmək, yaxınlarınızı və ailə üzvlərinizi sevindirmək olar.
Yanınızda kimsəni darıxmağa qoymayın.
Əqrəb - ciddi problemlərin həll yollarını arayın. Təhlil sizə aradığınız variantları verə bilər. Bədxahlarla rəqiblərin tələ və sədlərini dəf etməklə yanaşı, onlara qalib gəlməyə çalışın.
Təhsil, tədris, ixisasın artırılması, mühazirə, konfrans və seminar üçün əlverişli gündür.
Sövdələşmə, anlaşma, razılaşma, hüquqi məsələlərin həlli üçün yaxşı gün deyil.
İmkan və resurslarınızı olduğundan artıq saymayın. Bəyəndiyiniz, yaxud da sizdə rəğbət hissi oyadan insanları ideallaşdırmayın.
Yeni münasibət və ya tanışlığı təxirə salın.
İllüziyalardan nə qədər tez qurtulsanız, bir o qədər yaxşıdır.
Oxatan - gün ərzində böyük uğurlar və yaxşılığa doğru ciddi dəyişikliklər olmayacaq. Bununla belə, ağır problemlər də yaranmayacaq.
Maliyyə məsələlərində ehtiyatlı olun. Yalnız inandığınız, etibarlı insanlarla sövdələşin, danışın, müqavilə bağlayın.
İşlə bağlı tapşırıq və məşğələlərin öhdəsindən asanlıqla gəlin. Fəqət, tələsməyin: nə qədər çox iş görsəniz, bir o qədər yeni işlə bağlı tapşırıqlar alacaqsınız.
Yaxınlarınızla münasibətlərdə həssas və diqqətli olun, onların maraq və niyyətlərini öyrənməyə çalışın.
Çoxdan bəri davam edən fikir ayrılıqları və qarşıdurmaları çözün. Münasibətləri sərinləşdirən məqamlar arxada qalsın.
Oğlaq - işlər üçün çox sərfəli gündür. Məhsuldar çalışın, vaxtınızı dürüst bölün, situasiyanın tələb etdiyi məqamları prioritetə döndərin.
Uğuru çox gözləməyəcəksiniz.
Sonradan sizə nəinki müttəfiq, hətta dost olacaq insanlarla əməkdaşlıq başlaya bilər.
Günün ikinci yarısı həmkarlar və rəhbərliklə ünsiyyət üçün əlverişlidir.
Şəxsi münasibətlər zəminində problemlər yarana bilər. Sizə yaxın insanlarla dil tapmaqda çətinlik çəkəcəksiniz.
Yeni tanışlıqlar məsləhətli deyil.
Dolça - yaxşı gündür. Neqativ təmayüllərin təsiri minimuma enəcək. Yalnız səhər saatlarında müəyyən çətinliklər hiss edə bilərsiniz.
Hadisələr uğurlu və əlverişli məcrada inkişaf edəcək. Çox iş görə biləcəksiniz. Enerjili, nikbin olun. Yeni tanışlıqlar formalaşdırın, nüfuzlu insanda xoş təəssürat yaradın. Aktiv istirahət, səfər, səyahət, əyləncə üçün sərfəli vaxtdır. Axşam saatlarında dostlarla görüş və ya romantik qarşılaşma ola bilər.
Balıqlar - günün ilk yarısı anlaşma, sövdələşmə, razılaşma və alış-veriş üçün uğurlu gün deyil.
Ciddi maliyyə itkiləri təhlükəsi var. İşdə yarana biləcək problemləri təmkinlə, soyuqqanlıqla həll edin. Həmkarlarla münasibətlərdə səbrli və diplomatik davranın, sərt mübahisələrə başlamayın. Günün ikinci yarısında pozitiv təmayüllər güclənəcək, işlər düzələcək. Bir vaxt yardım etdiyiniz insan sizə kömək edəcək. İşgüzar münasibətlərlə yanaşı, şəxsi münasibətlərdə də irəliləyişlər olacaq.
Milli.Az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi