Ərdoğan söz-söhbətə son qoydu: "Baxçalı ilə aramızda hər hansı problem yoxdur"

img

06-05-2024 [00:14]


Prezident Ərdoğanla MHP sədri Dövlət Baxçalı arasında problem olması ilə bağlı iddiaları təkzib edib. 

Mia.az Türkiyə  mətbuatına istinadla xəbər verir ki, Ərdoğan MHP lideri Dövlət Baxçalı ilə son vaxtlar aralarında guya problem olması barədə yayılan xəbərlərin qəsdən ortalığa atıldığını deyib:

"Son zamanlar Cumhur İttifaqında problem varmış kimi təsəvvür yaratmağa çalışanlar var. Ancaq Cumhur İttifaqında həır hansı problem yoxdur. Bunu hörmətli Baxçalı ilə görüşdə bir daha təsdiqlədik".

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR