Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
05-05-2024 [00:02]
oç - çətinlikləri dəf etmək olar. Problemlərin həllinə yaradıcı yanaşın, çətinliklərdən qorxmayın. Bədxahları pərişan edəcək addımlar atın.
Günün ikinci yarısında fəaliyyətinizin nəticələri istədiyiniz kimi olmayacaq. Eyb etməz, ruhdan düşməyin. Yeni təşəbbüslərdə tələsməyin. Bu gün yaşamınızda qayda yaradın, köhnə əşyalardan qurtulun. Sizi gərəksiz diskussiyalara cəlb etmək cəhdlərinə müqavimət göstərin. İntriqaya hədəf olmayın. Sizinlə eyni məsələni həll edən tərəfdaşların dəstəyinə qiymət verin. Ciddi niyyətləriniz olan məqsədlərlə bağlı danışıqlar aparın.
Özünüzü soyuğa verməyin.
Buğa - ən fərqli məsələlərlə bağlı tərəfdaşlarla söhbətlərdə fərqli fikirlər səslənəcək. Güzəştə getmək niyyətiniz yoxdursa, öz işinizlə məşğul olun.
Planlaşdırma ilə bağlı müzakirələri daha əlverişli vaxta qədər təxirə salın.
Günün ikinci yarısında səhhətinizin qayğısına qalın. Kursun dəyişməsi, yeni marağın peyda olması istisna deyil.
İntensiv mükalimələr və söhbətlər sizi yora bilər.
Əkizlər - gün ərzində planlarınızı dəyişməli, bəzi məramları təxirə salmalı olacaqsınız.
Yarımçıq qalmış işi inandığınız insanlarla əlbir şəkildə başa vurun.
Uzaqgörən, təmkinli, sayıq olun.
Günün ikinci yarısında bir qədər nevroz durum, gərginlik yaranacaq.
Təşəbbüslərlə tələsməyin. Problem yaranarsa, onu dərhal həll etməyə çalışın.
İşdəki münasibətlər və ya sizinlə ümumi layihədə çalışan insanlarla münasibətlərdə dəyişikliklər ola bilər.
Axşam saatlarında açıq havada bir qədər gəzişin.
Xərçəng - səbrli, təmkinli olun. Hansısa məsələnin çözümü təxirə düşürsə, pərişanlığa qapılmayın. Gün yetərincə konstruktiv ola bilər.
Həllini tələb edən işləri qulaqardına vurmayın. Çalışanda yaradıcı, orijinal olun.
İşlərin planlaşdırdığınız təki getdiyinə əmin olmayınca motiv və məqsədlərinizi faş etməyin.
Söhbətlərdə həssas olun, özünüzə düşmən qazanmayın.
Axşam saatlarında mütləq istirahət edin.
Şir - ciddi işlərlə məşğul olun. Tərəfdaş, iş yoldaşı və ya şərikə verdiyiniz vədləri yerinə yetirin. Avantüralardan qorunun. Gündəmdə ailə və evlə bağlı məsələlər var.
Hər şey cari öhdəliklərin yerinə yetirilməsindən də ciddi ola bilər.
Yaxın ətrafınızdakı insanları nəyin birləşdirə biləcəyini düşünün və işə başlayın.
İntensiv çalışmalı olacaqsınız. Sizin üçün önəmli insanlardan biri verdiyiniz vədləri xatırladacaq.
Səhhətinizi qoruyun.
Qarın və ayaqlarda ağrılar ola bilər.
Qız - hadisələrin fonu rəvan deyil. Ani maraqlarla istəkləri hələlik unudun. Hədəfə çatmağınızı şərtləndirən məsələlərin həllinə bütün vaxtınızı sərf edin.
Ünsiyyətə izafi ehtiyacınız ola bilər. Təmaslar və əlaqələrin heç də hamısı xoş olmayacaq.
Başqalarının sözlərinə və vədlərinə çox aldanmayın.
Fikrinizin heçə sayıldığı, sözünüzün eşidilmədiyi situasiyalarda təbdən çıxmayın.
Səylərin səfərbər edilməsi gözlənilən effekti verməyə bilər. Lakin konkret şəraitlə bağlı olmayan əlaqə və ya danışıqlar fərqli sahədə uğurunuzu tam təmin edə bilər.
Tərəzi - qərar və nəticlərdə tələsməyin. Sərt reaksiyalar verməyin, mövcud işlərlə məşğul olun. Arzu olunanı gerçək qismində qəbul edərək səhvlərə yol vermək ehtimalı varsa, situasiyanı sadələşdirin.
Tərəfdaşlarınızı dəstəkləyin. İndi ən mühüm məsələlər onların iştirakı ilə həll olunur.
Hadisələrin inkişafı yaxın ətrafınızdakı insanların təşəbbüs və aktivliyindən asılıdır.
Dedi-qodu və intriqalara qatılmayın.
Əqrəb - bu gün çoxsaylı işlər görməlisiniz. Ola bilər ki, hansı işə ilk növbədə başlamağı bilməyəsinz. İşləri planlaşdırın, görüləcək əməllərin siyahısını tutun.
Hissiyatınız sizi aldatmayacaq. Bir neçə xəbərə sevinəcəksiniz. Əsas xəbər cari fəaliyyətinizlə bağlı olacaq.
Evdə sizi tam rahatlıq gözləyir.
Hadisələrin yeni təmayülü formalaşır və o, maraqlı olaylar vəd edir.
Baş verənləri diqqətlə müşahidə edin.
Görüşlərdən imtina etməyin, poçtu yoxlayın, məktublara dərhal cavab verin.
Yeni məqsədə çatmağın yollarını düşünün. Hazırlıq işləri üçün əlverişli zamandır.
Oxatan - mövcud tapşırıqları yerinə yetirərək öhdənizə götürdüyünüz işi başa vurmağa çalışın. Hadisələrin inkişafını süni şəkildə sürətləndirə biləcək addımlar atmayın.
Yaşananların müşahidəçisi və şahidi olacaqsınız, amma nizamlama və korrektəyə də ehtiyac duyulacaq.
Mühüm işlərdə təşəbbüsü mövzunu yaxşı bilən və müvafiq işgüzar əhvala malik insana həvalə edin.
Alış-verişdə bədxərclik etməyin.
Yaşam arealının bir qismində qayda yaradın. Pozitiv enerjini cəlb etməyə səy göstərin.
Oğlaq - cari işlərin görülməsi, sənəd və hesabatların hazırlanması, problemləri həll etmək üçün rəsmi qurumlara getmək üçün yaxşı gündür.
Mühüm görüş təyin etməyin, önəmli danışıqlara və ya müzakirələrə başlamayın.
Ünsiyyət rahat olacaq. Fəqət, konkret qərarların qəbul ediləcəyinə bel bağlamayın.
Hansısa işdə maneə və ya ləngimə yaranarsa, tələskənlik etməyin. Detalları dəqiqləşdirin, informasiya axtarışı ilə məşğul olun.
Daha uğurlu variant tapa bilərsiniz. Axşam saatlarında səhhətinizin qeydinə qalın.
Dincəlməyə, sakitləşməyə çalışın.
Ünsiyyət dairəsini adət etdiyiniz, ənənəvi təmaslarla məhdudlaşdırın.
Dolça - artan gərginliyin mövcud olduğu məsələləri diqqət mərkəzində saxlayın. Geriyə addım atmaq, sərtliyi azaltmaq da mümkündür. Yaşam arelınızı təmizləyin. Orqanizmi şlaklardan təmizləyin.
İşgüzar baxımdan uğurlu gündür. İşlərin çoxunu tam başa vura biləcəksiniz. Tələsməyin, hər şeyi tarazlamağa çalışın.
Yaxın ətrafınızdakı insanlardan daha çox işələməyi tələb etmək əvəzinə bəzi işləri özünüz görün.
Çünki həmin insanların başqa planları ola bilər. İzafi, emosional əlaqələr və təmaslardan qorunun.
Balıqlar - yaxın ətrafınızdakı insanların problemləri və müşkülləri ilə maraqlanın. Sizdən məsləhət və dəstək istəyənə yardım edin. Mübahisə etməyin, kimsəni acılamayın. Söhbətin mövzusunu dəstəkləyin, deyilənlərə qulaq asın. Şəxsi münasibətlər müstəvisində təmaslarla əlaqələrin yeni yönləri aşkarlanır. Qarşınızda yeni psixoloji tapşırıq, ya da məsələ var.
Həmin problemin birbaşa və ya qismən həlli sizin üçün böyük maraq kəsb edən başqa məqamlara da birbaşa təsir edə bilər.
Milli.Az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi