Tanınmış müxalifətçi vəkilin saxlana səbəbi bilindi - Yenilənib

img

28-06-2014 [18:28]


Tanınmış vəkil, «Yasavul» hüquq firmasının rəhbəri Əliabbas Rüstəmov saxlanılıb.

 Mia.az xəbər verir ki, bu barədə jurnalist Şahvələd Çobanoğlu Facebok-da məlumat yayıb. O, vəkilin hansı səbəbdən saxlanılmasını və hara aparıldığı haqda isə məlumat verməyib.

 Sosial şəbəkədə yayılan və təsdiqlənməyən xəbərə görə, vəkil Baş Prokurorluq yanında Baş Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə aparılıb.

***

Məlumatlara görə, vəkil Əliabbas Rüstəmov müdafiə etdiyi iş adamının ifadəsi əsasında saxlnılıb. İş adamı vəkilin ondan rüşvət istədiyini bildirib.

Son məlumata görə, Əliabbas Rüstəmov DİN-nin Nərmanov Rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxasına aparılıb(meydantv).



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA