Usubov 33 kiçik rəis olmaq istəyənlərin sənədini aldı - Qəbul

img

28-06-2014 [14:42]


Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iyunun 28-də Quba Rayon Polis Şöbəsində qəbul keçirib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəbulda Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarından olan sakinlər iştirak ediblər.
 

Nazir vətəndaşları narahat edən problemlərin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün qəbulda iştirak edən aidiyyəti Baş İdarə və xidmət rəislərinə konkret tapşırıqlar verib. Polis fəaliyyətinə aid olan müraciətlərin böyük əksəriyyəti yerindəcə öz həllini tapıb, digər ərizələrin aidiyyəti dövlət orqanlarına göndəriləcəyi diqqətə çatdırılıb.


KIV-də verilmiş elanlara uyğun olaraq, sözügedən rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan 33 nəfər də qəbulda iştirak edib.


R.l Usubov onların arasından daha yararlı və hazırlıqlı olan gənclərin sənədlərinin hazırlanması üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verib(apa).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA