“Alatava” ilə bağlı son qərar verildi - VİDEO

img

02-05-2024 [11:51]


Son günlərin ən çox müzakirə edilən layihəsi “Alatava” ilə bağlı qərar verilib.

Serialın sosial platformalarda yayılan versiyası bir müddət öncə birmənalı qarşılanmamış. Rasim Balayev, Əli Nur kimi aktyorlar tərəfindən tənqid edilmişdi.

Onların çıxışları isə özüylə birgə yeni bir qalmaqalın təməlini qoymuşdu. Serialın əsas simaları Taleh Yüzbəyov, Əlixan Rəcəbov, Rumiyyə Ağayeva isə qarşı tərəfə kəskin cavablar vermişdilər.

Ötən günlərdə isə İTV və Radio Verilişləri Şirkəti Yayım Şurası toplantı keçirmişdi.

OLAY-ın əldə etdiyi məlumata görə, iclasdan sonra “Alatava”nın yutub platformasında iki versiyada yayımına qərar verilib.

Serialın yayımlanan sonuncu bölümünə (4-cü bölüm – red.) həm orijinal, həm də efir versiyasında baxa bilərsiniz. Bunun üçün platformanın sazlamalar hissəsindən iki versiyadan birini seçmək kifayətdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:58 16.05.2024

Sabah yağış yağacaq