İcra başçısı yıxıldı - Alı Alıyevi təcili Bakıya gətiriblər

img

28-06-2014 [11:34]



Füzuli rayonunun icra başçısı Alı Alıyev dünən işdən çıxaraq, evə gedərkən yıxılıb. 

Məlumata görə,  İcra Hakimiyyəti binasının pillələrindən düşərkən ayağı büdrəyən icra başçısı ciddi xəsarət almasa da, yaxınları onu Bakıya gətiriblər.

Məlumatda deyilir ki, yıxılandan sonra ayağının birində yüngül ağrılar yaranan Alı Alıyevin yaxınlarının onu paytaxta müayinəyə gətirmələrinə səbəb ehtiyat tədbirindən ibarətdir. 

Belə ki, bu hadisənin icra başçısının səhhətində hansısa problemə yol aça biləcəyi ehtimalından dolayı müayinə edilməsini zəruri biliblər(jam.az). 

Mia.az-ın əldə etdiyi xəbərdə isə bildirilir ki, icra başçısı yıxıldıqdan sonra orta-ağır dərəcəli xəsarətlər alıb. Bu səbəbdən rayon həkimləro onun təcili Bakıya aparılmasını məsləhət görüblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA