General rəislərə tapşırıq verdi: "Nöqsanlarınızı aradan qaldırın!"

img

27-06-2014 [22:39]


Ədliyyə Nazirliyinin Penitensiar xidmətində ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun xidmət əməkdaşları qarşısında qoyduğu vəzifələrin icrası ilə əlaqədar penitensiar müəssisələrdə qeydiyyat işinin təşkili və vətəndaşların qəbulu işinin vəziyyətinə həsr olunmuş müşavirə keçirilib. 

"Qafqazinfo” xəbər verir ki, ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyevin sədrliyi ilə keçən müşavirədə tabe qurumların rəhbərləri, Baş idarənin və aidiyyəti xidmət sahələrinin məsul əməkdaşları iştirak ediblər. 

Müşavirədə aidiyyəti xidmət sahələrinin hesabatları və bir sıra qurum rəhbərlərinin çıxışları dinlənilib, bəzi nöqsanların aradan qaldırılması ilə bağlı konkret tapşırıqlar verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA